"Jara"nın təqdimat günü bəlli oldu

2 Avqust 2019 12:30 (UTC+04:00)

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə lentə alınan "Jara" filminin təqdimat günü bəlli olub. SİA-nın məlumatına görə, romantik komediya janrında olan ekran işi sentyabrın 5-də tamaşaçıların ixtiyarına veriləcək.

Ötən il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində çəkilişləri gerçəkləşən filmdə Rusiya şou-biznesinin tanınmış simaları rol alıblar. Onların Bakı macəraları filmdə əks edilib.

Qeyd edək ki, iyulun 26-da Bakıda filmə qapalı baxış keçirilib.