Yerli şou-biznes tərəfindən günlərdir Bakıya gəlməsinə narazılıq bildirilən Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvili Bakıdadır. SİA-nın məlumatına görə, ifaçı bu gün Heydər Əliyev Sarayında konsert verəcək. Onun Heydər Əliyev adına Hava Limanında lentə alınan videosunu müğənni Emin Ağalarov "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri deyib: "Bakıya gəldik. Qonaqlarımız Soso Pavliaşvili və Keti Topuryadır. Konsertdə görüşərik".
Qeyd edək ki, xeyriyyə məqsədli konsertdən əldə olunan gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB