Etirazalara baxmayaraq, Soso Pavliaşvili Bakıda!

30 Noyabr 2016 11:36 (UTC+04:00)

Yerli şou-biznes tərəfindən günlərdir Bakıya gəlməsinə narazılıq bildirilən Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvili Bakıdadır. SİA-nın məlumatına görə, ifaçı bu gün Heydər Əliyev Sarayında konsert verəcək. Onun Heydər Əliyev adına Hava Limanında lentə alınan videosunu müğənni Emin Ağalarov "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri deyib: "Bakıya gəldik. Qonaqlarımız Soso Pavliaşvili və Keti Topuryadır. Konsertdə görüşərik".

Qeyd edək ki, xeyriyyə məqsədli konsertdən əldə olunan gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.