Türkiyəli bəstəkar-müğənni Fəttah Can və həyat yoldaşı Cansu Kurtçunun başına iş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlüyün içində olduğu avtomobil hərəkətdə olarkən, qarşıdakı yük avtomobilindən daş parçaları düşüb. Daşların bir neçəsi F.Canın avtomobilinin ön şüşəsini qırıb. Cütlük ağır qəzaya düşməkdən son anda xilas ola biliblər. Onların vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, F.Can və C.Kurtçu 2014-cü ildə ailə qurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB