Müğənninin xanımı ilə başına iş gəldi

5 Avqust 2016 15:07 (UTC+04:00)

Türkiyəli bəstəkar-müğənni Fəttah Can və həyat yoldaşı Cansu Kurtçunun başına iş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlüyün içində olduğu avtomobil hərəkətdə olarkən, qarşıdakı yük avtomobilindən daş parçaları düşüb. Daşların bir neçəsi F.Canın avtomobilinin ön şüşəsini qırıb. Cütlük ağır qəzaya düşməkdən son anda xilas ola biliblər. Onların vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, F.Can və C.Kurtçu 2014-cü ildə ailə qurublar.