Emil Bədəlov yeni ailə quranlara nəyi irad bildirdi?

Müğənni Emil Bədəlov el şənliklərindən danışıb. SİA-nın verdiyi xəbərə göröə, ifaçı bunları deyib: "Bəzən toylarda maraqlı hadisələrlə qarşılaşıram. Bəylə gəlin toylarında rəqs etmək üçün bir xeyli hazırlaşırlar. Bəzən rəqs etmək üçün dərslər aldıqları halda toylarında oynayarkən çaşırlar. Toyda bəy gəlinin üstünə qışqırır. Özəl günlərində bir-birilərindən iciyirlər. Buna görədə bəylə gəlin necə istəyir elə də rəqs edib, rahat olmalıdırlar. Onu da deyim ki, mən öz toyumda reperturımda olan bəstələrdən birini səsləndirib, xanımımla necə istəyirəm elə də rəqs etdim".

Bütün xəbərlər Facebook səhifəmizdə