Gənc müğənni Sevinc Ağaşirinova əsəbləşdiyi zaman kimisə öldürmək istədiyini dilə gətirib. O, hirslənəndə hər şeyi qırıb-dağıtdığını söyləyib. Bu haqda SİA-ya danışan Sevinc hirslənən vaxt onu yalnız sevgilisinin sakitləşdirə biləcəyini deyib: "Hirslənəndə əlimə keçəni qırıram. Əsəblərimi cilovlaya bilmədiyim an hətta kimisə vurub, öldürə də bilərəm. Qəzəblənəndə sevgilimə zəng edirəm. Məni sakitləşdirir. Onun rolu həyatımda çox böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB