“Hirslənəndə sevgilimə zəng edirəm”

4 Sentyabr 2013 16:42 (UTC+04:00)

Gənc müğənni Sevinc Ağaşirinova əsəbləşdiyi zaman kimisə öldürmək istədiyini dilə gətirib. O, hirslənəndə hər şeyi qırıb-dağıtdığını söyləyib. Bu haqda SİA-ya danışan Sevinc hirslənən vaxt onu yalnız sevgilisinin sakitləşdirə biləcəyini deyib: "Hirslənəndə əlimə keçəni qırıram. Əsəblərimi cilovlaya bilmədiyim an hətta kimisə vurub, öldürə də bilərəm. Qəzəblənəndə sevgilimə zəng edirəm. Məni sakitləşdirir. Onun rolu həyatımda çox böyükdür".