Rəqqasə Fatimə Fətəliyeva Musiqili komediya teatrının "Təbəssüm" rəqs qrupu ilə böyük layihə üzərində çalışır. SİA-ya açıqlama verən rəqqasə bunları deyib: "Bir aya yaxındır, məşqlər davam edir. Neçə müddətdir ki, qrupun rəqs çalışmaları ilə məşğulam. Bu qrupla davamlı olaraq işləmək barədə razılaşma əldə etmişik. Layihə Novruz bayramı ərəfəsində gerçəkləşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə