Fatimədən növbəti yenilik

12 Mart 2013 12:44 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva Musiqili komediya teatrının "Təbəssüm" rəqs qrupu ilə böyük layihə üzərində çalışır. SİA-ya açıqlama verən rəqqasə bunları deyib: "Bir aya yaxındır, məşqlər davam edir. Neçə müddətdir ki, qrupun rəqs çalışmaları ilə məşğulam. Bu qrupla davamlı olaraq işləmək barədə razılaşma əldə etmişik. Layihə Novruz bayramı ərəfəsində gerçəkləşəcək".