Azərbaycanın opera ifaçısı Lətifə Soyuöz şou-biznesə qatılmaq fikrinə düşüb. İfaçı iddia edir ki, ulduz olacaq. SİA-ya açıqlama verən Lətifə xanım qalmaqallardan kənar gəzdiyini söyləsə də, hər kəsin cavabını verməyə hazır olduğunu deyib: "Mədəniyyət adamı istəsəsə də, istəməsə də şou-biznes aləminə qatılır. Bu baxımdan mən də şou-biznesə qatılmaq fikrindəyəm. İnanıram ki, ulduz olacam. Amma ulduz xəstəliyinə tutulmaq fikrim yoxdur. Onu da xüsusilə vurğulayım ki, qalmaqallardan kənar gəzirəm. Ancaq ünvanıma gələn xoşagəlməz sözlərə cavab verəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB