Azərbaycanlı ifaçıdan sərt açıqlama

6 Dekabr 2012 10:59 (UTC+04:00)

Azərbaycanın opera ifaçısı Lətifə Soyuöz şou-biznesə qatılmaq fikrinə düşüb. İfaçı iddia edir ki, ulduz olacaq. SİA-ya açıqlama verən Lətifə xanım qalmaqallardan kənar gəzdiyini söyləsə də, hər kəsin cavabını verməyə hazır olduğunu deyib: "Mədəniyyət adamı istəsəsə də, istəməsə də şou-biznes aləminə qatılır. Bu baxımdan mən də şou-biznesə qatılmaq fikrindəyəm. İnanıram ki, ulduz olacam. Amma ulduz xəstəliyinə tutulmaq fikrim yoxdur. Onu da xüsusilə vurğulayım ki, qalmaqallardan kənar gəzirəm. Ancaq ünvanıma gələn xoşagəlməz sözlərə cavab verəcəm".