Tolik yenə qəzəbləndi: “Bəzi məsləhətlərinizi özünüzə saxlayın”-FOTO

Dünən Azərbaycan şou-biznesində bomba kimi partlayan xalq artisti Aygün Kazımova ilə bayağı mahnılar ifa etməkdə qınanan meyxanaçı Üzeyirin dueti hər kəsdə maraq oyadıb. Pop Divanın Üzeyirə dəstək verməsi bir çoxlarının qınaq mövzusu olub.


Məsələ ilə bağlı Aygün Kazımovanın prodüseri Mister Tolik (Tarix Əliyev) münasibət bildirib. Tolik 5 min dostu olan facebook səhifəsində yeni yaranan duetdən narazı olanlara cavab da verib. SİA prodüserin yazdığı sözləri təqdim edir: "Kim nə deyir desin, mənə elə gəlir ki, ən yaxşı addımı elə Aygün xanım atdı. Hər kəs istədiyini düşünsün, amma Üzeyir bu ölkədə öz hesabına, özü yazdığı, bayağı da olsa, pis-yaxşı mahnılara 350000 baxış toplayır. Əgər kimlərsə bu gəncə Aygün xanımın dəstək olmasına gülürsə, onda sadəcə qulaq asmasın. Bu, Aygün xanım tərəfindən atılan böyük bir addımdır. Bu addımı kimlər bəyənmirsə, özü bilər. 10, 100 hətta 100 min insan belə bu işi bəyənmirsə, onlar yenə də yaşayıb oxuyacaqlar. Ona görə də bəzi məsləhətlərinizi özünüzə saxlayın".


Bütün xəbərlər Facebook səhifəmizdə