Oksana Rəsulova: “Elşadı çox sevirəm”

Son zamanlar şəxsi həyatında baş verən xoşagəlməz hadisələrə baxmayaraq rəqqasə Oksana Rəsulova həyatına davam edir. 19 avqust tarixini səbirsizlikdə gözləyən Oksana ən böyük arzusundan danışdı. SİA-ya açıqlama verən Oksananın arzusu sevgilisi ilə bağlıdır: "Ən böyük arzunuz nədir? Sevdiyim Elşadla bir yerdə olum. Bütün qara buludlar keçib getsin. Bir də ana olmaq istəyirəm. Allahdan tək arzumdur. Düzünü deyim, hələ nə mənim, nə Elşadın valideynləri razı deyillər. Yaxşı olacaq, inşallah.


Rəqqasə qadınlardan da söz açdı: "Məncə qadın çox təhlükəlidir. Ürəklə sevirsə, sevdiyini öldürə də bilər. Qadın diqqəti sevir, diqqətsizliyi yox. Bir sözlə, kişi gərək qadından özünü qoruya. Artıq 30 yaşım var, həyat mənə çox şey öyrədib. Həyatda özüm, ailəm üçün, indi də istədiyim insan olan Elşad üçün yaşayıram. Ailə qurmaq istəyirəm. Artıq hər şeydən bezmişəm. Mən çox sevinirəm ki, indiyə kimi bütün həyatımda olanların hamısından Elşadın xəbəri var. Hər qadın istəyir, ailəsi olsun. Boşanmanı gözləyirəm, vəkilim bütün işlərlə məşğuldur. Boşanandan sonra Elşadla ailə quracam. İnandırım sizi, bir belə söz-söhbət Elşadla mənim əlaqəmi daha da gücləndirir. Həyatda acılı hadisələr görməsən, şirin hadisələrin heç birinin qiyməti olmaz. Artıq Haqay məni həzm edə bilmir ki, mən ona nifrət edirəm, həqiqi məhəbbətlə Elşadı sevirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə