Oksana Rəsulova: “Elşadı çox sevirəm”
3 Avqust 2011 14:27 (UTC+04:00)
Son zamanlar şəxsi həyatında
baş verən xoşagəlməz hadisələrə baxmayaraq rəqqasə Oksana Rəsulova həyatına
davam edir. 19 avqust tarixini səbirsizlikdə gözləyən Oksana ən böyük
arzusundan danışdı. SİA-ya açıqlama verən Oksananın arzusu sevgilisi ilə
bağlıdır: "Ən böyük arzunuz nədir? Sevdiyim
Elşadla bir yerdə olum. Bütün qara buludlar keçib getsin. Bir də ana olmaq
istəyirəm. Allahdan tək arzumdur. Düzünü deyim, hələ nə mənim, nə Elşadın
valideynləri razı deyillər. Yaxşı olacaq, inşallah.
Rəqqasə qadınlardan da söz açdı: "Məncə qadın çox təhlükəlidir. Ürəklə
sevirsə, sevdiyini öldürə də bilər. Qadın diqqəti sevir, diqqətsizliyi yox. Bir
sözlə, kişi gərək qadından özünü qoruya. Artıq 30 yaşım var, həyat mənə çox şey
öyrədib. Həyatda özüm, ailəm üçün, indi də istədiyim insan olan Elşad üçün
yaşayıram. Ailə qurmaq istəyirəm. Artıq hər şeydən bezmişəm. Mən çox sevinirəm
ki, indiyə kimi bütün həyatımda olanların hamısından Elşadın xəbəri var. Hər
qadın istəyir, ailəsi olsun. Boşanmanı gözləyirəm, vəkilim bütün işlərlə
məşğuldur. Boşanandan sonra Elşadla ailə quracam. İnandırım sizi, bir belə
söz-söhbət Elşadla mənim əlaqəmi daha da gücləndirir. Həyatda acılı hadisələr
görməsən, şirin hadisələrin heç birinin qiyməti olmaz. Artıq Haqay məni həzm
edə bilmir ki, mən ona nifrət edirəm, həqiqi məhəbbətlə Elşadı sevirəm".