Bir dövrə damğasını vuran “İncir reçeli” filminin 3-cü hissəsi çəkiləcək. SİA “NTV Türkiyə”yə istinadən xəbər verir ki, filmin baş rolunu – “Metin”I bu dəfə də müğənni Halil Sezai Paracıkoğlu canlandıracaq. Layihənin çəkilişlərinə gələn ay start veriləcək.
Qeyd edək ki, 2010-cu ildə ilk dəfə yayımlanan filmdə Halil Sezai “İsyan” mahnısı ilə populyarlıq qazanmışdı. Sezai “İncir reçeli 1”də aktrisa Melike Güner, “İncir reçeli 2”də (2014) isə Şafak Pekdemirlə baş rollara çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə