Məşhur reper Trevis Skott azadlığa buraxılıb

2024-cü il Paris Olimpiadasını izləmək üçün gəldiyi Fransanın paytaxtı Parisdə saxlanılan amerikalı reper Trevis Skott sərbəst buraxılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, milli mətbuatda yer alan xəbərə görə, Paris Prokurorluğu avqustun 9-da Parisdə qaldığı oteldə mühafizəçi ilə mübahisə etdikdən sonra saxlanılan Skota qarşı kifayət qədər cinayət dəlillərinin olmadığını açıqlayıb. Prokurorluq Skottun təxminən 36 saatlıq həbsdən sonra sərbəst buraxıldığını təsdiqləyib.

Qeyd edək ki, avqustun 9-da polis sənətçinin qaldığı Georges V mehmanxanasına gedib və mühafizəçiyə qarşı zorakılıqda ittiham olunan Skottu saxlayıb. 2015-ci ildə çıxardığı "Rodea" albomu ilə şöhrət qazanan sənətçi 2018-ci ildə "Astroworld" albomu ilə də uğur qazanıb. Əsl adı Jak Bermon Vebster olan Skottun amerikalı Kayli Cennerlə münasibətindən iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə