...62 yaşlı estrada müğənnisi Qriqori Lepsin 18 yaşlı sevgilisi Aurora Kibanı Nitsada qarət ediblər..?
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.
...Əslində buna qarət də demək olmaz. Sadəcə olaraq onun narıncı çantasını oğurlayıblar.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Kibanın Lepslə müqayisədə xeyli “uşaq” olan anası qızının sənətçi ilə evlənməsinə qarşı olduğu bildirib.
...O, belə bir kürəkənə qarşı olmaya bilər, amma yaş fərqindən çox utanır.
Bunu isə insayder deyib.
SİA-nın əlavəsi: Əslində Leps sevinməlidir. Çünki, ola bilərdi də, Kibanın narıncı rəngli çantasını yox, özünü oğurlayardılar. Bu halda qız heç, bəs 62 yaşlı ifaçının Kibaya bağışladığı brilyant qaşlı Qraff üzüyünün taleyi necə olardı, hıy?
Nazlı Almurdova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB