Nihat Boğan oğlunu anasından alacağını açıqlayıb

Anidən İran əsilli həyat yoldaşı Arezoo Gharlardan boşanma qərarı verən Nihat Doğan ail həyatı ilə bağlı bəzi açıqlamalar edib. SİA xəbər verir ki, xəyanət iddialarına ilk dəfə cavab verən Doğan açıqlamaları ilə iddiaları qəbul edib. Yaxşı həyat yoldaşı olmadığını deyən Doğan, "Ailə həyatımda uğur qazana bilmədim. Bəlkə də yaxşı sevgili oldum, amma yaxşı ər və ya yaxşı ata ola bilmədim. Səhv etdim. Keçmiş həyat yoldaşım yenidən başqası ilə evlənmək istəsə, evlənə bilər, gəncdir, gözəldir. İllər əvvəl olsaydı, bəlkə də qarşı çıxardım. Amma indi onun evlənəcəyi adamın kim olduğunu araşdıracağam. Görüm yaxşı insandırmı, ona yaxşı baxacaqmı? Amma anası ailə qursa, uşağımın qəyyumluğunu istəyəcəyəm” deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə