Kirkorovun başından dəyərli pariki..?

…Filipp Kirkorovun “Maska” şousunda taxdığı parikinin qiyməti bir neçə on minlərlə dollara çata bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu moda analitiki Maksim Zaripov “Paragraph” portalına müsahibəsində deyib. Qeyd edək ki, dünən verilişin növbəti bölümü yayımlanıb. Deyilənlərə görə, 56 yaşlı sənətçi pencək və şalvardan ibarət zolaqlı kostyumda, tünd parikdə, saçları səliqəli saç düzümü ilə tamaşaçıların qarşısına çıxıb.

Ekspertin sözlərinə görə, müğənni yaşla bağlı dəyişiklikləri gizlətmək üçün bu addımı atmalı olub.

…Mən hesab edirəm ki, Kirkorovun parikləri təbiidir. Çox güman ki, xarici dizayner və lüks…Belə pariklərin qiyməti bir neçə on minlərlə dollardır.

Zaripov qeyd edib bunu.

Yeri gəlmişkən, Kirkorov “çılpaq gecədən” sonra ictimaiyyətin xoş münasibətini bərpa etmək üçün üslubunu dəyişib.

Onu da deyirlər ki, belə məqmlarda hər zaman "çeviklik" nümayiş etdirə bilən Kirkorov istənilən vəziyyətdən çıxış yolu tapmağı bacarır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə