Alla Puqaçova və Maksim Qalkin evliliklərinin 12 illiyini qeyd ediblər
SSRİ Xalq artisti Alla Puqaçova və şoumen Maksim Qalkin rəsmi evliliklərinin 12 illiyini qeyd ediblər. SİA xəbər verir ki, bu barədə Qalkin instaqramda bildirib. “Qanuni xoşbəxtliyin 12 illiyi”, - o yazıb.
Xatırladaq ki, cütlük artıq 20 ildən çoxdur münasibətdədir, lakin rəsmi nikaha 12 il öncə giriblər. 2022-ci ildə onlar övladları ilə birlikdə Rusiya-Ukrayna müharibəsi fonunda İsrailə köçüb, daha sonra İsrail-Fələstin münaqişəsinə görə Kiprin Limasol şəhərinə gediblər. Bu günlərdə cütlüyün tezliklə İngiltərənin London şəhərinə köçəcəyi haqda xəbər yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB