SSRİ Xalq artisti Alla Puqaçova və şoumen Maksim Qalkin rəsmi evliliklərinin 12 illiyini qeyd ediblər. SİA xəbər verir ki, bu barədə Qalkin instaqramda bildirib. “Qanuni xoşbəxtliyin 12 illiyi”, - o yazıb.
Xatırladaq ki, cütlük artıq 20 ildən çoxdur münasibətdədir, lakin rəsmi nikaha 12 il öncə giriblər. 2022-ci ildə onlar övladları ilə birlikdə Rusiya-Ukrayna müharibəsi fonunda İsrailə köçüb, daha sonra İsrail-Fələstin münaqişəsinə görə Kiprin Limasol şəhərinə gediblər. Bu günlərdə cütlüyün tezliklə İngiltərənin London şəhərinə köçəcəyi haqda xəbər yayılmışdı.