Məşhur cütlük arasında qalmaqal - FOTOLAR

Şamaxı" klubunun sabiq hücumçusu Anatoli Abanq ilə azərbaycanlı xanımı Adella Hacıyevanın münasibətlərində ciddi problem yaranıb. SİA “Sportinfo"ya istinadən xəbər verir ki, iki il öncə ailə quran cütlük artıq yola getmir.

Hazırda Dubay klubunda çıxış edən kamerunlu legioner Hacıyevaya məxsus telefonun "WhatsApp"ını ələ keçirib. Bu barədə bir uşaq anasının özü paylaşım edib. O, istifadəsindəki "WhatsApp"ın Abanaq tərəfindən oğurlandığını bildirib, tanıdığı insanlardan onunla bu vasitə ilə əlaqə saxlamamalarını istəyib.

Məlumat üçün bildirək ki, cütlüyün bir neçə il əvvəl baş tutan toyu mediada yayımlanmış və böyük maraqla qarşılanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə