Tanınmış xarici saç stilisti Kris Əplton və “You”, “The White Lotus” kimi serialların ulduzu Lukas Qeyç evlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2023-cü ilin fevralında rəsmi olaraq münasibətlərini açıqlayan həmcinslər apreldə nişanlandığını bildirmişdilər.
Mənbələrə görə, 27 yaşlı Lukas və 39 yaşlı Kris həftə sonu Las-Veqasdakı “Little White Chapel”də evləniblər.
Mərasimdə Krisin çoxdankı dostu Kim Kardaşyan da daxil olmaqla cəmi altı qonaq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB