Vəziyyəti pisləşən aktyor reanimasiyaya yerləşdirildi

Karyerasından əlavə özəl həyatı ilə də məşhur olan amerikalı aktyor Tom Sayzmorun səhhətində problem yaranıb. SİA xəbər verir ki, sənətçi beyin anevrizması (beynin qan damarının qabarıq əmələ gəlməsi - red.) keçirib.

61 yaşlı Sayzmor reanimasiyaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə