Karyerasından əlavə özəl həyatı ilə də məşhur olan amerikalı aktyor Tom Sayzmorun səhhətində problem yaranıb. SİA xəbər verir ki, sənətçi beyin anevrizması (beynin qan damarının qabarıq əmələ gəlməsi - red.) keçirib.
61 yaşlı Sayzmor reanimasiyaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.