Praqa səfərində nə baş verdi? - POLİTOLOQ DANIŞDI

Praqa səfərində nə baş verdi? - POLİTOLOQ DANIŞDI

"Cənab Prezidentin bu gün Avropada mövqeylərini gücləndirilməsi dünya siyasi gücləri tərəfindən qəbul edilmiş reallıqlardan biridir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloqun sözlərinə görə, ölkə Prezidentinin Praqadan verdiyi mesajlar, cənab Prezidentə qarşı olan mövqeyə münasibət, Azərbaycan liderini təkcə təkcə regional səviyyədə deyil, qlobal mənada da siyasi mövqeylərinin nə qədər gücləndiyini ortaya qoymuş oldu: "Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühim rollardan birini oynayır. Ötən həftə cənab Prezidentin Bolqarıstana səfərində Serbiya və Şimali Makedoniya rəhbərləri, Yunanıstan baş nazirinin cənab Prezident haqqında xoş fikirləri eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolla bağlı Avropa Komissiyasının rəhbərinin ölkəmizlə bağlı vurğuladığları məqamlar ölkəmizin nə qədər gücləndiyini göstərir. Bu gün möhtərəm Prezident İlham Əliyev Avropa məkanınl fəth edən siyasi liderlərdən biri halına gəlib. Sonuncu Praqa görüşündə də başçımıza olan münasibət həm də Avropanın Azərbaycan dövlətinin yüksələn iqtisadi, siyasi potensialına qarşı olan hörmətinin göstəricisinin əsas elementləridir. Cənab Prezident Avropa məkanında Azərbaycanın milli maraqlarının müdafiəsini ən yüksək səviyyədə həyata keçirtdi. Ordu, siyasi qərarlar baxımından necə ki, Ali Baş Komandan kimi uğurla çıxış edirsə, informasiya mübadiləsinində Ali Baş Komandanı olduğunu bir daha ortaya qoymuş oldu. Bu gün İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin əsası Azərbaycanı həm Qərb, həm də dünya səviyyəsində mövqeylərinin daha da yüksəlməsinə xidmət edir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə