44 günlük müharibə dönəmində insalar nə kimi hisslər keçirib? - SORĞU
Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın igid oğulları 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Müharibənin gedişində xalqımızın hansı hisslər keçirdiyini və onların baş verənləri necə xatırladıqlarını öyrənmək məqsədi ilə SİA şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Cavid Qurbanlı: “Azərbaycan xalqının tarixində bu günlər xüsusi əhəmiyyət daşıyır. Vətən müharibəsi 44 gün - 27 sentyabrdan noyabrın 10-dək davam etdi. Biz bu günləri heç vaxt unutmayacağıq. Fikrimcə, heç bir azərbaycanlı qələbəmizə gedən yola səbəb olan bu ayları unutmamalıdır. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin”.

Şəhər sakini Arzu Seyidzadə: “Azərbaycan ordusu Ali Baş Komandanın bir əmri ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək, tariximizdə iz qoydular. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar canı, qanı bahasına bizim zəfər tarixini bizlərə yaşatdılar. Çox şükürlər olsun ki, Azərbaycanın belə qeyrətli oğulları var. Allah onların hər birini qorusun”.

Şəhər sakini Qurban Hüseynli: “2 il bundan öncə Azərbaycan xalqı məhz bu günlərdə çox ağır və şərəfli bir yoldan keçirdi. Hər birimiz məhz bu günlərdə çox böyük həyəcan keçirirdik. Lakin şükürlər olsun həmin həyəcanımız çox gözəl zəfərlə bitdi. Bizim qeyrətli oğullarımızı torpaqları alaraq bizim alnımızı açıq etdilər. Biz onlara borcluyuq. Allah bütün əsgərlərimizi qorusun”.

Şəhər sakini Zümrüd Əliyeva: “Bizim bu günlərdə gözlərimiz ancaq televizorun ekranlarına dikilmişdi. Hamı bir nəfər kimi cəbhədən xəbər gözləyirdi. Bu günlərdə Cənab Prezident İlham Əliyev hər zaman xalqa müraciət edərək çıxışlar edirdi. Həmçinin Ali Baş Komandan qarış-qarış azad etdikləri torpaqlarımızı açıqlayırdı. Mən əminəm ki, bu çıxışlara baxan və xəbərləri eşidən hər kəs böyük xoşbəxtlik hissi keçirdirdi”.
Şəhər sakini Jalə Seyidzadə: “Mən 2 il bundan öncəni çox böyük fəxarət hissi yadda salıram. Çünki bu günlər Azərbaycan tariixnə qızıl hərflərlə həkk olunub. Həsrətlə gözlədiyimiz Qarabağamız məhz bu günlərdə alınıb. 44 günlük Vətən müharibəsi 2 il bundan öncə baş verib. Lakin mən zəfər günlərimzidən danışanda sanki dünən olmuş kimi xatırlayıram”.

Şəhər sakini Ayxan Cəlilov: “44 günlük Vətən müharibəsi bizim şanlı qələbəmizdir. Müharibə zamanı bir üzümüz gülür, digəri isə üzülürdü. Həm fərəhlənir, həm də çox qəmgin idik. Hər şəhid xəbərində bir ailənin ocağı sönürdü. Bu, insanı çox üzürdü. Biz belə üzülürüksə, onların ailələrinin çəkdiklərini sözlərlə ifadə etmək olmaz. Ermənilər törətdikləri vəhşiliklərə görə cəzalarına aldılar və almaqda da davam edirlər. Ordumuz etdiklərinin hamısını onlara ödədəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB