"İşğalçı ilə işğala məruz qalan insan arasında fərq qoyulmur" - POLİTOLOQ DANIŞDI

“Bu günə qədər çox təəssüf ki, Azərbaycan xalqına qarşı Ermənistanın həyata keçirdiyi soyqırım aktları, etnik vandalizm, Azərbaycanın mədəni nümunələrinin kütləvi şəkildə məhv edilməsi, Azərbaycan ekologiyasına qarşı Ermənistanın həyata keçirdiyi terror aktları ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən lazımlı reaksiyalar verilməyib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, bir çox sahələr üzrə iş görən təşkilatlar Ermənistanın vandalığına qarşı səs çıxarmayıb: “ABŞ Dövlət Departamentinin regionla bağlı hazırladığı hesabatda hər zaman ikili standartların şahidi olmuşuq. Onlar Azərbaycanla Ermənistanı hər zaman eyni tərəzinin gözündə dəyərləndirirlər. Torpaqlarımızın işğalda olduğu zamanlarda da işğalçı ilə işğala məruz qalan insan arasında fərq qoyulmayıb. Dünya təşkilatları işğalçıya daha çox dəstək elementlərini ehtiva edən hesabatlar hazırlayıb. Həmçinin ABŞ Dövlət Departamentinin pis əməllərini Avropa İttifaqı, Avropa Parlamenti və digər təşkilatlara daşıyıblar. Təbii ki, burada Tük Dövlətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Konfransı Təşkilatları hüququn, ədalətin tərəfdaşı olan təşkilatlar istisna edilir. Amma Qərb Mərkəzli digər böyük təşkilatların heç biri bu günə qədər Azərbaycanın haqq səsinə dəstək verməyib. Həmçinin Xocalı soyqırımı həqiqətləri Azərbaycanlılara qarşı həyata keçirilən bir sıra qırğınlarla bağlı hansısa bir Qərb təşkilatının bir bəyanatını və etirazını eşitməmişik. Hesab edirəm ki, bu tip susqunluqla beynəlxalq təşkilatların nə qədər qeyri-səmimi və qeyri-obyektiv olduqları göz önündədir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə