"Müharibə zamanı da İsaril Azərbaycana mənəvi-siyasi dəstək verib" - HƏRBİ-EKSPERT ŞƏRH ETDİ
“Azərbaycan dövləti öz milli maraqlarına uyğun olaraq dünyanın bir çox dövlətləri ilə iki tərəfli əməkdaşlıq edir. Təbii ki, bu əməkdaşlıqlar çox yüksək səviyyədə inkişaf edir. Bu cür əməkdaşlıqların əsasını Ulu Öndər Heydər Əliyev qoyub”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.
Hərbi ekspert qeyd edib ki, Azərbaycan həm Qərb, həm də Şərq dövlətləri eyni zmaanda NATO və s. bir sıra dünya təşkilatları ilə çox yaxşı münasibəti var: “Bunların hər biri ilə olan münasibətlər bütün sahələrə üzrə inkişaf edir. Əməkdaşlıq etdiyimiz dövlətlərdən biri də İsrail dövlətidir. Bu dövlət ilə də əməkdaşlığımızın əsasını Heydər Əliyev qoyub. Azərbaycanda yaşayan yəhudilərlə qarşı hər zaman ölkəmizdə yaxşı münasibət bəslənilib. Azərbaycan xalqı tolerant bir xalqdır. Ölkəmizdə hər zaman müxtəlif xalqlardan olan insanlar yaşayıb. O cümlədən də yəhudilər Azərbaycan vətəndaşı kimi müstəqil bir şəkildə yaşayırlar. İsrail dövlətidə Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə əlaqələr qurub. İsaril həm siyasi, həm də hərbi baxımından dünyanın nüfuzlu ölkələrdən biridir. Azərbaycan dövlətinin də milli maraqlarına uyğundur ki, belə bir dövlət əlaqələr qurub. Hər iki dövlət hazırda müstəqil siyasət aparır. Dünyada yəhudi lobbisi çox güclüdür. Onlar hər zaman Azərbaycanın haqq məsələsində yanımızda olaraq, erməni lobbisinə qarşı mübarizə aparırlar. Azərbaycan dövlətinin İsrail ilə hərbi sahə üzrə əməkdaşlığı getdikcə daha da genişlənir. Bu inkişaf Azərbaycanın milli maraqlarına uyğundur və gələcəkdə də silahların alınması, hərbi yeniliklər baxımından bu əlaqələr mühim əhəmiyyət kəsb edir. Azərbaycan dövlətidə maarqlıdır ki, dünyanın qabaqcıl ölkələrində silah-sursat alsın. 2020-ci ildə əldə etdiyimiz qələbədə mühim şərtlərdən biri Azərbaycanın peşəkar ordusunun olması və həmin ordunun müasir silah-sursatnan təmin olunması idi. Müharibə zamanı da İsaril Azərbaycana mənəvi-siyasi dəstək verib. Bu dəstəyi də Azərbaycan yüksək qiymətləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB