"Azərbaycanın ərəb dünyası ilə çox sıx münasibətləri var" - POLİTOLOQ BİLDİRDİ
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistan Krallığının xarici işlər nazirini qəbul etməsi onu ehtiva edir ki, bu ölkə ilə Azərbaycanın arasındakı olan münasibətlərin inkişaf etdirilir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, ümumilikdə Azərbaycan bütün Ərəb dünyası ilə çox sıx münasibətlər qurur: “Səudiyyə Ərəbistan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Səudiyyə Ərəbistan onlarla əlaqələrini birdəfəlik kəsmişdir. Bu Azərbaycanın gücünə güc qatan bir amil kimi qiymətləndirilir. Digər tərəfdən qeyd etmək lazımdır ki, son dövrlər Azərbaycan öz yerləşdiyi mühim geosrateji bölgəyə görə regionun və dnüyanın qlobal güclərinin geosiyasi aktırlarını cəlb edir. Təkcə dünən baş verən proseslərə nəzər saldığımız zaman görürük ki, dünən İsrailin müdafiə naziri Azərbaycana gəlib. Eyni gündə də Azərbaycanın müdafiə naziri İranın Baş Qərargah rəisi ilə telefon əlaqəsi yaratdı. Biz İran-İsrail münasibətlərini çox yaxşı bilirik. Onların öz arasında olan ziddiyyətlərin kök salması da məlumdur. Eyni gündə rəsmi Bakı həm də Tehranla münasibətlər qurur. Yaxın Şərq corafiyasında önəmli mövqeylərdən birinə sahib olan Səudiyyə Ərəbistanın xarici işlər naziri Azərbaycana gəlir. Bütün bunlar onu göstərir ki, Azərbaycan böyük ziddiyyətlər olan problemlərin həll olunmasında da vasitəçilik imkanlarını ortaya qoya bilər. Bu da ölkəmizin beynəlxalq nüfuzuna təsir edən amillərdən biridir. Bütün bu proseslər də müzəffər Ali Baş Komandan İlham Əliyev məhz sülhün qorunması, təhlükəsizliyin gücləndirilməsi ilə bağlı böyük təşəbbüslərlə çıxış edir. Ermənistanla sülh müqaviləsinin imzalanması da Cənubi Qafqazda sülhün dayanıqlılığının artırılmasına hesablanıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB