“Qisas” əməliyyatı cəza tədbiri idi ŞƏRH

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağsu və İsmayıllı rayonlarında səfərdə olmuşdur. Səfər zamanı Ölkə başçısı Ağsu və İsmayıllı rayonlarında bir sıra mühüm infrastruktur layihələrin açılışlarında iştirak etmişdir. Bildiyimiz kimi, aparılan islahatlar nəticəsində respublikanın bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsi olaraq mühüm işlər görülür, böyük infrastruktur layihələri icra edilir, əhalinin rifah vəziyyəti yaxşılaşdırılır. Rayonlarda əhalinin elektrik enerjisi ilə təmin olunması, yol infrastrukturunun yenidən qurulması, içməli su layihələri həyata keçirilir və müasir xəstəxanalar, tibb ocaqları, məktəblər tikilib əhalinin istifadəsinə verilir. İsmayıllı rayonunda da qazlaşdırma 80 faizdən yuxarı təmin olunub, Ağsu rayonunda isə bu göstərici 100 faizə yaxındır. Hər iki rayonun elektrik enerjisi ilə təchizatı tam təmin edilib. Ağsu və İsmayıllı şəhərlərində 160 çarpayılıq xəstəxana tikilərək sakinlərin istifadəsinə verilib, 100-ə yaxın yeni məktəb binası inşa edilib və ya əsaslı şəkildə təmir olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə vermişdir. Ölkə Prezidenti cənab İlham Əliyev müsahibədə bir çox məsələlərə toxunaraq Azərbaycan xalqına mühüm məlumatlar təqdim etmişdir.

Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir, orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır, özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir, deyən Prezident İlham Əliyev Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam etdiyini, ümumi daxili məhsulumuzun əksər hissəsinin özəl sektorların formalaşdırdığını, həm yerli şirkətlərin, həm xarici investorların, xarici şirkətlər olduğunu, belə olan halda dünyada gedən istənilən iqtisadi prosesin bizə də təsirsiz ötüşmədiyini söylədi.

Ölkə Prezidenti cənab İlham Əliyevin müsahibəsində söylədiyi fikirlərdən biri də Azərbaycan-Ermənistan münasibətləri idi. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə Cənubi Qafqazda yeni uğurlar əldə edib. Bu gün Azərbaycan regionda sülh istəyir. Ermənistan istəsə də, istəməsə də Azərbaycanın uğurlarını qəbul etməlidir. İlk növbədə erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir və Ermənistan hökuməti bunu təmin etməlidir.

Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Bununla bağlı məsələ nə yerdədir? verilən suala cavab verən ölkə başçısı, əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər, biz də buna razılaşdıq, onu da bildirməliyəm ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir, onu da bildirməliyəm ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz mənəm, çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, - danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır, çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir, əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı, ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı, deyə cavab verdi. Bu gün tam əminliklə deyə bilərik ki, ölkə başçısının apardığı siyasət sərhədlərimizin müəyyən olunmasına, ölkənin təhlükəsizliyinə hesablanmış və Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaq və Zəngəzur dəhlizi Ermənistan istəsə də istəməsədə açılacaqdır. Azərbaycan buna nail olacaq. Bununla bağlı Prezident İlham Əliyev çıxışında, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldiyini, əgər yenə də buna oxşar təxribat törədilərsə, cavabın da eyni olacağını söylədi.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...