Dağıdıcı müxalifət siyasi dərnəklər təsirini bağışlayır ANALİZ

Mövcud reallıqlar və faktlar ondan ibarətdir ki, Vətən müharibəsində Azərbaycanın erməni faşizmini məhv etməsi və 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi, bununla yanaşı ölkəmizin iqtisadi, sosial, hərbi və siyasi cəhətdən böyük uğurlara imza atması anti-Azərbaycan şəbəkəni ciddi narahat edir. Son vaxtlar ölkəmizdəki bəzi qaragüruh dəstə üzvlərinin populist bəyanatlarla çıxış edib, qanunsuz aksiyalar vasitəsi ilə qarşıdurmalar, iğtişaşlar yaratmağa cəhd etmələri, məhz anti-Azərbaycan şəbəkənin qurduğu və əlaltıları vasitəsi ilə həyata keçirməyə çalışdıqları tapşırıqların nəticəsidir. Sosial bazası olmayan dağıdıcı xislətli müxalifət yalnız anti-Azərbaycan şəbəkənin sifarişlərini yerinə yetirməklə özlərinin maddi təminatını həll etməyə çalışırlar. Lakin bütün hallarda cib funksiyasını yerinə yetirməkdən başqa bir şeyə yaramayan dağıdıcı qüvvələr xarici ağalarının önündə üzüqara qalmaqdadırlar. Çünki ictimai rəydə heç bir dəstəyə malik olmadıqlarından keçirdikləri aksiyalar iflasa uğrayır. Təbii ki, yenə aksiyalara və ya hər hansı piket keçirməyə cəhd edəcəklərsə, iflasa uğrayacaqları şübhəsizdir. Səbəb isə qeyd etdiyimiz kimi, cəmiyyətin dağıdığıcı müxalifəti qəbul etməməsidir.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan müxalifətində lider defisiti var: “Bu bəla, bu virus müxalifəti uzun illər boyunca tərk etməyib və ona görə pərən-pərən olublar. Başlarına çıxanlar da düşmək istəməyib, tamamən despot rejim, şəxsiyyətə pərəstlik sistemi yaradıb. Özünə müxalif lider deyənlər qazanıb, yeyib-dağıdıb, quru və mənasız ideologiya ilə yaşayanlar isə bunların fitvası ilə ya cinayət törədib həbsə giriblər, ya da uyduqları, inandıqları yalanların, nağılların amansız məhkumiyyətinə düçar olublar. Hamısı da yarıtmaz siyasətin nəticəsində. Odur ki, bundan sonra da hər hansı bir möcüzə gözləməyə gəlməz. Azərbaycan müxalifəti yeni nəsil yetişdirməlidir. Ə.Kərimli ilə ən yaxşı perspektivdə quyunun dibinə qədər getmək olar. O da ən uzağı. Getmək istəyənlər buyursun. Qapı açıqdır. Kimsənin siyasi iradəsinə təsir etmək olmaz. Amma əmin olun ki, özünə hörmət edənlər enində-sonunda ayılıb, bu yoldan sapıb düz istiqamətə yönələcəklər. Ə.Kərimlinin olmadığı, diktə etmədiyi, insanları aldatmadığı istiqamətə”.

Sosial şəbəkə istifadəcilərindən: Əli Kərimlinin xəyanətlərini saymaqla bitməz

Sosial şəbəkələri izlədiyim zaman istifadəçilərin, əsasən də, gənclərin müxalifətə qarşı sərt tənqidlərinin geniş yer aldığını oxumaq mümkündür. Onların bəzi fikirlərini olduğu kimi təqdim edirəm:

Elshen Aliyev

-Müxalifət düşərgəsinin satqın liderləri heç bir zaman uğur qazana bilməyəcəklər. Çünki bugünkü hakimiyyətin atdığı addımların hər biri ölkəmizin və xalqımızın mənafeyinə xidmət edir.

Ismayil Ibrahimov

-Əgər Əli Kərimli mütləq hakimiyyətə gəlmək istəyirsə, bunun bir hüquqi-siyasi yolunu tapıb xalqın dəstəyini qazanmaqla etməlidir.

Lale Zeynalova

-Müəyyən daxili və xarici qüvvələr Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları dövlətə qarşı yönəltməyə və öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar.

Ayka

-Əli Kərimlinin xəyanətlərini saymaqla bitməz. Bu gün o siyasi arenada hörməti olmayan və küncə sıxışdırılmış siyasətçidir. Onun özü də siyasi karyerasının sonunun gəldiyini anlayır.

Ataş Əsədov

-Əli Kərimli hec bir zaman lider falan olmayib. Bir neçə ay öncə müxalifət partiyalarını bir yerə yığıb, birləşdirmək istəyirdi, bəs nə oldu?

Eldar Yahyayev

-Azərbaycan hökuməti bu gün öz uğurlu siyasətini həyata kecirir. Bütun sahələrdə əldə edilmiş uğurlar millətimiz tərəfindən təqdir edilir. Xalqımız öz Prezidentinin hər zaman yanındadır.

Ayşən Aləsgərova

-Əli Kərimlinin xəmiri yalanla yoğrulub. Gec də olsa, axır ki, bildilər ki, Əli Kərimli yalançıdı. Öz mənafeyi üçün, cibinin pulunun bir az da artması üşün edir hər şeyi. Hələ azdı, Əli Kərimlinin üzü çox çıxacaq ortaya.

Ataş Əsədov

- Bu gün öz daxilində müxalifət olan biriləri kiçik bir toplumu idarə edə bilmirsə və problem yaranırsa, onda bu adam dövləti necə idarə edə biləcək, heç cür idarə edə bilməz.

Ismayil Ibrahimov

-Meydança kənarında qaçaraq futbol oynadığını imitasiya edən 12-ci oyunçuya bənzəyib. Bu hərəkəti isə həmişə xalqda gülüş və istehza doğurub.

Farid Saleh Oglu

-Bunlar 90-cı illərdən bəri müxalifətin ön sıralarında dayanır. Hər birinin evi, maşını, xaricdə təhsil alan övladı, bir sözlə, əcnəbi daxilolmaları hesabına çox gözəl həyat qurublar. İndi isə müxalifət onların “yem” üçün bir-birini parçalamasının şahidi oluruq.

Sabina Mammadova

-Əli Kərimlinin fikirləri erməni lobbisinin, Azərbaycanı istəməyən dövlətlərin, ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların fikirləri ilə üst-üstə düşür. Yəni bunlar eyni mənbədən istiqamətləndirilir.

Boşboğazlıq müxalifətin sonunu yaxınlaşdırır

Bu gün Azərbaycan ictimaiyyəti dağıdıcı müxalif ünsürlərə, Ə.Kərimli, A.Hacılı, C.Həsənli, İ.Qəmbərov kimi Azərbaycanın inkişafına qarayaxmağa çalışan qüvvələrə birmənalı şəkildə yox deyir. Diqqət çəkən və ironiya ilə qarşılanan məsələlərdən biri də ondan ibarətdir ki, müxalifət başbilənləri uğursuzluğa düçar olsalar da, cəhdlərini davam etdirməkdədirlər. Bu da onu göstərir ki, onlar xarici qüvvələr qarşısında təxirəsalınması, ümumiyyətlə, ləğv edilməsi mümkün olmayan öhdəliklər götürüblər. Məhz bu kimi öhdəliklərə əsaslanaraq müxalifət sıralarına yeni ünsürlər cəlb etməyə çalışırlar. Müəyyən mənada demək olar ki, istəklərinə də nail olurlar. Yəni sıralarına özlərini bloger adlandıran və ya fars-molla rejiminin tulaları qismində çıxış edən hay-küyçülər qoşublar. Ancaq məsələ ondan ibarətdir ki, yeni iştirakçılarla köhnələr uzun yol gedə biləcəklərmi? Təbii ki, sualın cavabını zamanın ixtiyarına buraxaq. Bununla belə qeyd etmək olar ki, harada Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı varsa, orada parçalanmanın, qopmanın olması şübhəsizdir. Faktlara istinadən demək olar ki, son dövrlərdə müxalifət daxilində bir-birinin ardınca qalmaqallı hadisələr baş verir. Boşboğazlığı ilə seçilən AXCP sədri Ə.Kərimlinin şər və böhtanları milli maraqlara, insanların hüquqlarına zidd olduğu bir daha aydın görünür. Bütün bunlar müxalifətin dağıdıcı ünsürlərini xalqın gözündən bir qədər də salır. Nəticə isə, müxalifət üçün uğursuzluqla nəticələncəyi şübhəsizdir. Yəni tarixin artxivi müxalif partiyalarını və onların liderlərini gözləyir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə