Azərbaycanda dolaşan “Soros Kabusu” indi də Qarabağda! SENSASİYA

Yəqin ki, Karl Marks və Fridrix Engelsin Qərbdə hazırlayaraq Şərqə sırıdıqları Kommunist Partiyasının Manifesti (1848) sənədinin birinci cümləsi hələ də bir çoxlarının yadındadır: “Avropada bir kabus dolaşmaqdadır - kommunizm kabusu”. Baxmayaraq ki, kommunizm ideyası ilk dəfə fransızlar tərəfindən hazırlanaraq, sonralar bu iki alman tərəfindən daha da təkmilləşdirilmişdi. Bu ideyanı sınaqdan keçirilmək üçün məhz Rusiya və onun ətrafları seçilmişdi. Həmin o “Kabusun” vaxtında durdurulmaması hansı fəsadlar gətirdi və hələ hansı problemlər yaradacağını ehtimal etmək belə çətindir. Lakin fakt – fakt olaraq qalır: bu kimi radikal ideyaların qarşısı vaxtında alınmalıdır. Dövlətçilik əleyhinə yönələn istənilən ideyalar və onların daşıyıcıları ilə “siçan-pişik” oynamaq təhlükəlidir. Ölkəmizin ilk müstəqillik illərində səriştəsiz xalq cəbhəsi liderləri ölkəmizin ərazisinə daha təhlükəli bir kabusu gətirdilər - Soros kabusunu. Və həmin dövrdən başlayaraq bu kabus Azərbaycanda dolaşmaqdadır. Bu kabus bir neçə dəfə, hətta ölkəmizdə çevriliş də etməyə cəhd göstərmişdi – sadəcə, xalq buna yol verməmişdi! Lakin bütün cəhdlərə baxmayaraq, biz bu kabusdan nəyə görəsə tam qurtula bilmirik, və o, mütəmadi olaraq ölkədə vəziyyəti “bulandırmaqla, balıq tutmaq” cəhdlərini davam etdirir...

Belə ki, 80-ci illərin sonundan başlayaraq fəal siyasətə qoşulan Corc Sorosun əsas vuran əli məhz USAİD təşkilatı olmuşdu və bu səbəbdən bir çox ölkələrdə həmin qurumu artıq “SOROSAİD” adlandırırlar. Həmin təşkilatı isə 1992-ci ildə Azərbaycana məhz xalq cəbhəsi gətirdi ki, Sorosun ayırdığı çirkli pullardan maksimum faydalansınlar. Soros isə bir senti belə hədər yerə xərcləmir. “SOROSAİD”dən vəsait alan istənilən şəxs dərhal Soros şəbəkəsinin bir həlqəsinə çevrilir və artıq ciddi öhdəliklərlə hər tərəfdən zəncirlənir. Bu həlqəyə daxil olduqdan sonra, geriyə yol qalmır. Belə ki, təbiətcə xain və fırıldaqçı olan Soros, digərlərinin eyni hərəkət etmək cəhdlərini qəbul edə bilmir və həmin şəxsləri özünün tam nəzarətində olan jurnalistlər vasitəsi ilə “ifşa” etməklə məhv edir. Lap mafiya klanlarında olduğu kimi. Sadəcə, mafiya klanları onları tərk edənlərin qətlə yetirirdi. Sorosun qisasları isə, əslində, qətldən də betər bir haldır...

Axı hələ 14 yaşında olaraq Almaniya faşistlərinə digər yəhudilərin əmlaklarını müsadirə etdirərək məhvetmə proseslərində iştirak etməkdən ötrü əsl soyadı olan Şvarts yəhudi soyadını macar mənşəli Soros soyadına dəyişən bu ünsürdən başqa nə gözləmək olar? Və bir kəs ki, həm özünün tarixi vətəni olan İsraildə və doğum yeri olan Macarıstanda “arzuolunmaz” şəxs elan olunub (!?) Amma maraqlısı odur ki, bir çox ölkələrdə Sorosla bağlı bütün təşkilatlar bağlanmasına baxmayaraq, kimlərinsə dəstəyi ilə Sorosun tam nəzarətində olan və onun siyasətini yürüdən qurumlar fəaliyyətlərini davam etdirirlər. Elə Azərbaycanda da belə fəaliyyətlərin mövcudluğu var, özü də bunun üçün heç bir hüquqi əsas olmadan (!).

Hətta bəzi faktlara görə, Sorosun əlindən ali təhsil diplomu qəbul edən şəxslər hansısa yollarla müəyyən vəzifələrə yiyələnirlər. Məsələn, Sorosun Mərkəzi Avropa Universiteti adlanan “kabus” yetişdirmə mərkəzini bitirənlər son vaxtlar vəzifə pillələrində yüksəlməkdə davam edirlər. Burada isə təkcə bir faktı qeyd edə bilərik ki, Mərkəzi Avropa Universitetinin “dağıdıcı” kadrlar yetişdirdiyini nəzərə alaraq, Macarıstan hökuməti bu ali təhsil müəssisəsinin öz ərazisində fəaliyyətini dayandırıb və nəticədə universitet Vyanaya köçüb. Hazırda isə müəssisənin himayədarlar şurasının rəhbəri Sorosun oğlu Aleksandr Sorosdur!

Digər maraqlı fakt isə odur ki, həmin universitetin kitabxanası Sorosun ən yaxın dostu olan Donald Blinkenin adını daşıyır- ABŞ-ın indiki dövlət katibi Entoni Blinkenin atasının. Entoni Blinkeni isə siyasətə məhz Corc Soros gətirib və deyilənlərə görə, hazırda Entoninin ABŞ prezidentliyinə hazırlıq prosesi gedir. Entoni Blinkenin Azərbaycan istiqamətində fəallaşmasının səbəblərindən biri də məhz budur. Belə ki, hələ 2016-cı ilin noyabr ayında Londonda çıxış edərkən, Soros açıq şəkildə Azərbaycan hökumətini hədələyərək, Qərb dairələrini Azərbaycanda hakimiyyət dəyişikliyi etməyə çağırmışdır.

“SOROSAİD”in (USAİD) əsl məqsədləri

USAİD – çox maraqlı bir konsepsiyadır. Onun yaradılmasının əsl səbəbləri, ABŞ-la SSRİ-arasında qızışan soyuq müharibə olmuşdu. 1961-ci ildə Vyanada SSRİ rəhbəri Nikita Xruşşovla baş tutan ilk görüşdən sonra ABŞ-ın prezidenti Con Kennedi ciddi şəkildə narahat olaraq qarşıdan gələn müharibə təhlükəsindən qorxduğunu gizlətməmişdi.

O tapşırıq vermişdi ki, sosialist düşərgəsində baş verən proseslər haqqında məlumatları əldə etmək və onun dünyanın digər regionlarında (Asiya, Afrika, Latın Amerikası) təsir imkanlarını qarşısının alınması üçün yeni bir qurum yaradılsın. Belə ki, dünya faktiki iki düşərgəyə bölünən bir zamanda ABŞ artıq açıq şəkildə özünün digər ölkələrdə kəşfiyyat-təxribat rezidenturasını yarada bilmirdi. Və məhz bu şəraitdə “Yardım adı Altında Kəşfiyyat” sisteminin yaradılması konsepsiyası gündəmə gəldi və işə salındı. Beləliklə, USAİD- Mərkəzi Kəşfiyyat İdarəsinin mülki qanadı olaraq faktiki aşağıdakı vəzifələri yerinə yetirir:

Təyinat ölkəsi haqqında kəşfiyyat məlumatlarının toplanması

ABŞ- özünə düşmən saydığı ölkələrin təyinat ölkəsində fəaliyyətləri barədə məlumatların toplanılması

Təyinat ölkəsində təsir agentləri şəbəkəsinin yaradılması

Təyinat ölkəsində mövcud iqtidar ABŞ-ın şərtlərini qəbul etmədikdə, həmin təsir şəbəkəsindən istifadə etməklə təyinat ölkəsində inqilabların təşkili

Kommersiya casusluğunun həyata keçirilməsi

Eyni zamanda, bu vəzifələri həyata keçirməkdən ötrü USAİD aşağıdakı fəaliyyətləri həyata keçirir:

Müxtəlif dövlət qurumları ilə müxtəlif növ əməkdaşlıq haqqında sazişlər imzalayır. Həmin sazişlər çərçivəsində aidiyyəti dövlət qurumlarının əsas öhdəliklərindən biri guya USAİD tərəfindən gələcəkdə hər hansı bir yardımın göstərilməsi üçün qurumun məsuliyyət daşıdığı sahəyə dair bütün statistik və digər məlumatların təqdim olunması;

Aidiyyəti dövlət qurumlarının rəsmilərinin ABŞ-a səfərlərinin təşkili. Həmin səfərlər çərçivəsində ABŞ-a gedən məmurları artıq ABŞ agenturası qarşılayaraq və orada qalan müddətdə mənəvi-psixoloji təsir mexanizmlərindən istifadə edərək həmin şəxslərin ABŞ sevdalısına çevrilməsinə nail olmağa çalışırlar ki, ölkələrinə qayıtdıqdan sonra, həmin şəxslər artıq təsir şəbəkəsinin bir həlqəsinə çevrilsin və lazım olduqda işə salınsın;

Və ən əsası isə vasitə:

küllü miqdarda nəzarətsiz qrantlar. Bəli, pul həqiqətən də çox şirin olur, özü də ki, USAİD tərəfindən “müftə ayrıldığı” hissi yaradan qrantlar. USAİD indiyədək heç bir dəfə də olsun belə qrantların kimə və necə ayrıldığı haqda hər hansı bir hesabat verməyib. Heç ayrılan qrantların necə xərcləndiyinə dair belə USAİD-in saytında hər hansı bir hesabat yoxdur. Amma daxildə həmin hesabatlar çox ciddi şəkildə aparılır. Bu mexanizmdən USAİD həmçinin digər Sorosa məxsus təşkilatların Azərbaycanda dağıdıcı fəaliyyətləri üçün də zəmin yaradır. Məsələn, hazırda Sorosla bağlı iki digər təşkilatı ölkəmizə guya dəstək göstərir. Bunlar CNFA və EWMI (Şərq-Qərb İdarəetmə İnstitutu) təşkilatlarıdır. Sonuncunun “fəaliyyətləri” haqqında aşağıda ətraflı danışacağıq.

Və təsəvvür edin ki, bu nəhəng maşın hazırda tam olaraq Corc Sorosun nəzarətindədir. Üstəlik, Soros bu təşkilatın rəhbərliyinə qatı türkofob və ermənipərəst Samanata Paueri gətirib. İndi isə necə deyərlər əyri oturub-düz danışaq – axı bu ünsür Azərbaycana zərərdən başqa hansı “faydalarını” verə bilər?

Beləliklə, USAİD-in, əslində, heç bir faydası olmayıb və USAİD təyinat ölkələrində üç əsas istiqamətdə dağıdıcı fəaliyyətlə məşğul olur:

Yerli iqtisadiyyatı məhv etməklə asılı vəziyyətə salınması

Mənəvi-psixoloji dəyərlərin məhvi

Siyasi-ictimai vəziyyətin daimi gərgin saxlamaqla, təyinat ölkəsindəki siyasi proseslərə daimi müdaxilə etmək imkanlarının əldə saxlanılması

Yerli iqtisadiyyatın məhvi

Maraqlıdır ki, mütəmadi olaraq ABŞ-ın bəzi dairələri bizim başımıza vururlar ki, 30 il ərzində bizə USAİD vasitəsi ilə milyardlarla vəsait ayırıblar. Bəs, görəsən, onların illər uzunu bizə neçə milyardlarla zərər vurduqlarını hesablayan olubmu? Yəqin ki, xeyr. Məsələ ondadır ki, ABŞ-ın təzyiq göstərməyə çalışdığı ölkələrə vurduğu ziyana bu ölkənin maliyyə sahəsizində “itirilmiş gəlirlər deyilir”.

Bəs bu məhvetmə prosesi necə baş verir?

Məsələn, USAİD təşəbbüs irəli sürür ki, o, Azərbaycanda fındıqçılığın inkişafına yardım etmək istəyir və aidiyyəti qurumdan fındıqçılıq sahəsi ilə bağlı bütün problemlər haqqında məlumatları istəyir. Aidiyyəti qurumalar bu sahədə bütün mövcud problemlər haqqında məlumatları ötürürlər USAİD-də. USAİD öz növbəsində fındıqçılıq sahəsində fəaliyyət göstərən ABŞ və ABŞ-a dost olan ölkələrin şirkətlərinə Azərbaycanın bu sahədə üzləşdiyi problemlər haqqında məlumat ötürməklə, regional və dünya bazarlarında hansı tədbirlərin görülməsinə dair tövsiyələr verir.

Daha bir kiçik haşiyə: Məsələn, USAİD öyrənir ki, Azərbaycanda fındıq istehsalının maya dəyəri “X” manatdır və ölkəmiz həmin fındığı yalnız “Y” qiymətə satdığı halda müəyyən rentabellik əldə edə bilər. Bunu öyrənən USAİD öz ölkəsinin və yaxud dost ölkə istehsalçıların məhsulu daha “dempinq” (aşağı) qiymətlərlə satmağa tövsiyə verir. Nəticədə, Azərbaycan ixracatçıları öz məhsulunu sata bilmir və fındıqçılıq sahəsi iflasa uğrayır. Əslinə, məhz USAİD bu sahəyə girişəndən sonra ölkəmizdə fındıqçılıq sahəsi azalmağa başladı.

USAİD-in digər daha da təhlükəli fəaliyyəti, Azərbaycan xalqının məqsədyönlü şəkildə genefondunun məhv etməsidir. Belə ki, bəzi sahələrdə boşluqlar haqqında məlumat əldə etdikdən sonra USAİD həmin sahə üzrə ölkəmizə ziyanlı və hətta zəhərli məhsulların gətirilməsini maliyyələşdirir. Bu dırnaqarası fəaliyyət, məsələn, çiyələk istehsalında özünü büruzə verdi. Çiyələk sahəsinə “soxulan” USAİD Azərbaycan çiyələk istehsalçıların məqsədyönlü şəkildə İspaniyaya yönəltməyə başladı. Halbuki bütün Avropa İttifaqında rəsmi səviyyədə İspaniyada istehsal olunan çiyələyin ən qeyri-sağlam olması haqqında məlumatlar yayılıb. İspaniya çiyələkləri ən böyük ziyanı qadınların reproduktiv potensialına vurur. Bu haqda aşağıdakı yazıdan daha ətraflı öyrənmək olar.

https://www.ohmymag.co.uk/health/this-is-why-you-shouldn-t-be-eating-strawberries-from-spain_art6255.html

Və bu faktlarla USAİD-in həmin sahədəki fəaliyyətinin gerçək məqsədləri aydın olur. Bu siyahını daha da genişləndirmək olar, məsələn narçılıq sahəsində, meyvəçilikdə və sair.

Mənəvi-psixoloji dəyərlərin məhvi

Bu sahə də USAİD-in əsas fəaliyyət istiqamətlərindən biridir. Qadınların hüquqlarının müdafiəsi, ailə zorakılığı ilə mübarizə və söz azadlığı “pərdələri” altında amerikalılar ölkəmizin tarixi, milli, sosial, psixoloji və ailə dəyərlərini məhv etməyə çalışır.

Məhz bu baxımdan son vaxtlar ölkədə həm seksual azlıqlar fəallaşır, həm boşanmalar artır və nəticədə ailə dəyərləri məhv olmağa başlayır. Amerikalılar unudurlar ki, Şərqdə ilk dəfə qadınlara səs vermək hüququ məhz bizim ölkədə - Azərbaycanda verilmişdir. Və bizim ailə məfhumuna daxil olan dəyərlər min illər ərzində formalaşmışdır. Bizim Həcərlərimiz, Tomrisimiz, Nigarlarımız olub və olacaqdır. Əlbəttə ki, öz ölkələrində qadınlılarla kişilərin arasında hətta cinsi səthləri silən amerikalılara bizim dəyərlər ziddir və onlar indi müxtəlif qrantlar hesabına xəstə təfəkkürlü olan yerli satqınlardan istifadə etməklə özlərinin murdar dəyərlərini bizə - milli genofondumuza sırımağa çalışırlar.

Siyasi-ictimai vəziyyətin gərginləşdirilməsi

Bu fəaliyyətin də əsasını məhz müxtəlif dağıdıcı qruplara qrantların ayrılması praktikası təşkil edir. “İqtidarı daha çox tənqid edənlərə daha çox maliyyə veriləcək” prinsipini rəhbər tutaraq Sorosa bağlı təşkilatlar cəmiyyətin ən uğursuz və o səbəbdən ən asan nəzarətə götürülə bilən, mənəviyyatsız və əqidəsiz şəxsləri və qruplarını müəyyən edir, onlara əməkdaşlıq təklifləri verir. Kobud desək USAİD Azərbaycan cəmiyyətinin ən antimilli təbəqələrini asanlıqla ələ keçirir və sonradan yenə də ABŞ-ın nəzarətindi olan sosial şəbəkələr vasitəsi ilə bu ünsürlərdən ölkəmizin, dövlətimizin və xalqımızı əleyhinə istifadə edir.

QHT sektoru- Sorosun əsas güvənc mərkəzidir

QHT-lərin tarixi yenə də birbaşa ikinci dünya müharibəsi və onun nəticəsi olaraq dünyanın iki düşərgəyə bölünməsi ilə bağlıdır. Kapitalist düşərgəsi ölkələri sosialist ölkələri ərazilərinə dövlət qurumları vasitəsilə ilə müdaxilə edə bilmədikləri üçün məhz QHT konsepsiyasını irəli sürmüşdülər. Əslində konservativ Şərq dövlətləri üçün QHT konsepsiyası tam zidd bir konsepsiyadır. Nizam intizam və ciddi iyerarxiya qaydaları əsasında qurulan və fəaliyyət göstərən Şərq cəmiyyətlərində hər hansı bir Qeyri Hökumət Təşkilatları konsepsiyasını zorla yeritməyin özü kökündən səhv yanaşma idi. Burada xüsusi diqqət çəkən məqam məhz terminin özüdür. Belə ki çoxları Qeyri Hökumət Təşkilatı ifadəsi ilə Qeyri Kommersiya Təşkilatı (QKT) ifadələrini səhv salırlar. Halbuki bu iki tip qurumlar arasında son dərəcə əhəmiyyətli fərqlər var. Əsas fərq isə ondan ibarətdir ki, QHT-lər göstərdikləri fəaliyyətlərdən əmək haqqı və sair gəlirlər əldə edə bilər. QKT-lər isə fəaliyyətlərini tam şəkildə könüllü və müqabilində hər hansı bir ödəniş və ya gəlir əldə etmədən fəaliyyət göstərirlər, yəni digər formada desək, xeyriyyəçiliklə məşğul olurlar. Bu baxımdan QKT-lər konsepsiyası böyük xeyriyyəçilik tarixinə və ənənəsinə malik olan Şərq dövlətləri üçün daha məqbul bir qurumlardı.

Lakin Qərbə məhz muzdlu ictimai qurumlar lazım olduğu üçün, onlar Azərbaycanda sırf QHT konsepsiyasını dəstəkləməyə başladılar ki, bu kimi qurumlar yüngül pullara öyrənərək, Soros kimilərdən tam asılı vəziyyətə düşsünlər. Və əslində bu da baş verdi və hələ də baş verir. Əgər son dövrlərdə bəzi QHT nümayəndərlərinin çıxışlarına baxsanız, görəcəksiniz ki, onlar heç nədən çəkinmədən açıq şəkildə Sorosun digər təşkilatlarının Azərbaycana qaytarılmasını tələb edirlər. Səbəb də aydındır: heç bir nəzarətə malik olmayan külli miqdarda dollarlar müqabilində Soroskimilərin göstərişlərini icra etmək və ölkədə sabitliyi pozmaqdır.

Lakin USAİD bununla da kifayətlənmədən, Azərbaycana təzyiq edərək QHT-lərə dəstək mexanizmlərinin yaradılmasını tələb etdi. Halbuki, konseptual baxımından QHT-lər yaradılmasının əsas məqsədi elə müxtəlif kiçik miqyaslı işlərin görülməsində cəmiyyətə kömək etməkdir. Yəni QHT-lər zərurətdən yaranır və məqsədə uyğun fəaliyyət göstərməlidir. QHT-yə ehtiyac olmayan halda, QHT-lərə dəstəyin göstərilməsi özü bir nonsens ideya və yanaşmadır.

Lakin USAİD QHT sektoruna müdaxilə etməyi bacararaq hazırda hakimiyyətdən istefaya göndərilmiş və zamanında “qılınclarının dalının da qabağının da kəsdiyi” bəzi əlaltılarının köməkliyi ilə bu cəfəng ideyaları işə sala bildilər. Həmin şəxslər isə gəlir mənbəyi əldə etmək üçün oyunlarını məharətlə oynayaraq guya QHT sektorunun inkişafına ayrılan vəsaitləri öz bildikləri kimi istifadə etdilər.

Yuxarıda qeyd etdiyimiz kimi, Sorosun tam nəzarətində olan USAİD Azərbaycanda həmçinin Sorosun digər təşkilatları üçün qoruyucu çətir funksiyasını da yerinə yetirir. Yəni Soros ABŞ-ın vergi ödəyicilərinin pullarını guya Azərbaycana dəstək verməkdən ötrü birbaşa özünün təsis etdiyi və idarə etdiyi təşkilatlara ayırmaqla, bir tərəfdən özünü əsas hədəfi olan Azərbaycanda çevriliş etmək məqsədinə nail olmaq istəyir, digər tərəfdən isə xeyli vəsaiti mənimsəməyə nail olur.

Məhz bu prinsiplər əsasında artıq 10 ildən çoxdur ki, ölkəmizdə Sorosun “vuran əli” sayılan Şərq-Qərb İdarəetmə İnstitutu adlı təşkilatı fəaliyyət göstərir. Maraqlıdır ki, ABŞ nəzarətində olan bir çox dağıdıcı və təxribatçı təşkilatların ölkədən qovulmasına baxmayaraq, bu təşkilat hələdə ölkəmizdə fəaliyyət göstərir. Şərq-Qərb İdarəetmə İnstitutunun dırnaqarası fəaliyyətləri haqqında biz ətraflı silsilə məqalələrlə sıxış etmişik. Bununla bağlı yazılarla aşağıdakı saytdan tanış ola bilərsiniz:

www.ewmi.az

Onu da qeyd edək ki, bizim tərəfimizdən aşkar olunaraq içtimailəşdirilən faktlar istənilən digər xarici qurumun ölkəmizdəki fəaliyyətlərinin xitam verilməsinə əsas olmalı idi. Lakin çox maraqlıdır ki, bizim ifşalarımıza cavab olaraq Soros sadəcə USAİD-ə tapşırıq verdi ki, onun təşkilatı, yəni Şərq-Qərb İdarəetmə İnstitutu Azərbaycanda mütləq qalıb fəaliyyət göstərməlidir. Lakin bu fəaliyyətləri öz adı altında deyil, məhz USAİD-in logosu altında davam etdirsin (?!)

Amma fakt budur ki, Sorosun həyasızlığının həddi yoxdur. Baxmayaraq ki, Soros müəyyən gedişlər edərək, təşkilatının adını gizlədərək fəaliyyət göstərməyə davam edir, özünün təşkilatının səhifəsində, təşkilatın Azərbaycandakı ünvanı kimi məhz USAİD-in adı altında icra etdiyi “SES” layihəsinin ünvanının yerləşdirib (aşağıdakı şəkildə).

Daha maraqlı məqam odur ki, bütün bu ifşalara baxmayaraq, heç bir rəsmi qeydiyyatdan keçməyərək, Sorosun təşkilatı hələ də ölkəmizdə fəaliyyət göstərir. Bu azmış kimi, Şərq-Qərb İdarəetmə İnstitututu artıq Qarabağda da fəaliyyət başlamaq məqsədi ilə Ağcabədidə ofis yaradıb (?!). Ətraflı aşağıdakı yazılardan tanış ola bilərsiniz.

https://sesqazeti.az/news/analytics/898834.html

https://sia.az/az/news/politics/936249.html

Bəs bu təşkilatın fəaliyyətləri nədən ibarət olaca? Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz eyni tipli kəşfiyyat xarakterli dağıdıcılıq fəaliyyətlərdən. Təkcə bir fakt kifayət edər ki, təşkilatın rəhbərinin kim olduğunu aşkar edəsən - xatırladaq ki, Şərq-Qərb İnstitutunun Azərbaycandakı fəaliyyətlərinə rəhbərliyi Delina Fitco adlı son dərəcə tərbiyəsiz və cinsi orientasiyası bilinməyən biri rəhbərlik edir. İnternet bu əxlaqsızın şəkilləri ilə doludur. Həmin şəkillərdən birini isə aşağıda təqdim edirik.

Beləliklə, faktlar ortadadır və nə qədər gec deyil, Azərbaycanın maraqlarına zərər vurmağa çalışan fərdlərin və təşkilatların ifşa edilməsi zərurətə çevrilir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə