Gənc kadrların vəzifələrə təyin edilməsi onlara olan etibarın göstəricisidir - DEPUTAT DANIŞDI

“Bildirmək istəyirəm ki, Altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kadr islahatlarına dəstək vermək və Parlament Aparatının fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə bir sıra tədbirlər görülmüşdür. Bu islahatlar çərçivəsində Parlament Aparatında bir çox gənc kadrlar dövlət qulluğunda irəli çəkilmiş, müvafiq vəzifələrə təyin olunmuşlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.

Onun sözlərinə görə, bu günlərdə Milli Məclis Aparatının rəhbəri vəzifəsinə Fərid Hacıyevin təyin olunması da ölkəmizdə həyata keçirilən gənclər siyasətinin və ölkə başçısının bacarıqlı və istedadlı gənclərin yüksək dövlət vəzifələrinə təyin olunması barədə tövsiyəsinin həyata keçirilməsinin daha bir nümunəsidir: "Qeyd etmək istərdim ki, dövlət idarəetmə sistemində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi Azərbaycan cəmiyyəti tərəfindən də razılıqla qarşılanır. Bu təyinatlar gənclərə inam və etibarın artmasına xidmət etməklə yanaşı, həm də ölkəmizin bundan sonrakı tərəqqisinə mühüm töhfədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə