Soros “SƏS”in ifşalarına davam gətirə bilmədi! FAKT

Soros “SƏS”in ifşalarına davam gətirə bilmədi! FAKT

Onun anti-Azərbaycan fəaliyyəti göstərən təşkilatlarını dəlil və sübutları ilə ifşa edən portala qarşı kiberhücum cəhdi edildi

2 mart 2022-ci il tarixində SİA-da Corc Sorosun nəzarətində olan USAİD-in və birbaşa onun tabeçiliyində olan Şərq-Qərb İdarəetmə İnstitutunun növbəti fırıldaqçılıq cəhdini ifşa edən geniş xarakterli və faktlara əsaslanan “USAİD-in Azərbaycan əleyhinə növbəti fırıldağı!” sərlövhəli analitik məqalə dərc olunub.

https://sia.az/az/news/politics/936249.html

Görünür, adıçəkilən məqaləmiz birbaşa hədəfə dəyib. Məlum olub ki, SİA-nın məqalələrini işıqlandıran, milli-dövlətçilik ənənələrindən çıxış edən, o cümlədən, ölkə rəhbərliyinin uğurlu siyasi fəaliyyətinin təbliğatını aparan ewmi.az veb səhifəsi kiberhücum cəhdinə məruz qalıb.

Daha dəqiq desək, məqalə işıq üzü gördükdən bir gün sonra məhz USAİD-in mərkəzi ofisindən verilən tapşırıq nəticəsində (artıq buna heç cür şübhə də qalmır) ŞQİİ-nun Bakı ofisinin əməkdaşları veb səhifəsini ələ keçirməyə cəhd etməklə orada gedən bütün yazı və məqalələrə qarşı, sözün əsl mənasında, savaş açıblar. Beləliklə, məhz milyarder və siyasi dələduz Corc Sorosun çoxsaylı kirli əməllərinin, siyasi cinayətlərinin ifşası məqsədi ilə fəaliyyət göstərən, xüsusilə, səhifələrində möhtərəm Prezident İlham Əliyevin Soros haqqına çıxışlarını cəmləşdirən və təbliğ edən vebsəhifə açıq-aşkar kiberhücum cəhdinə məruz qalıb.

Olay isə bu cür baş verib: belə ki, ŞQİİ-nun Bakı ofisinə malik olan +994 12 5952769 nömrəli telefondan veb səhifənin təminatçısına zəng edərək özlərini səhifənin sahibləri kimi təqdim edən ŞQİİ-əməkdaşları, həmin səhifəyə giriş kodlarını tələb ediblər (?!).

Lakin təminatçı zəng edənlərdən səhifə sahibliyinə dair sənədləri təqdim etməyi tələb etdikdə, onlar nədənsə (?!) geri çəkiliblər.

Bunun ardınca isə planlarının baş tutmadığını görən ŞQİİ-nin İKT mütəxəssisləri “bərpa et” funksiyasında istifadə edərək, israrla veb səhifəni qanunsuz olaraq, yəni faktiki olaraq cinayət əməli törətmək məqsədi ilə ələ keçirmək üçün cəhdlərini davam etdirməyə çalışıblar.

Göründüyü kimi, hədəfə aldıqları ölkələrdə, o cümlədən, Azərbaycanda özlərinin “azad söz və ifadə vurğunları”, “demokratiya mücahidləri” və ya “humanizm carçıları” kimi təqdim edən USAİD və ŞQİİ adlı anti-Azərbaycan xarakterli təşkilatlar, əslində, tam əksinə olaraq azad fikri boğmağa, həqiqətləri gizlətməyə, öz qaranlıq əməllərinin ifşasının qarşısını almaq üçün hətta başqalarına məxsus olan şəxsi məlumatları mənimsəməklə kibercinayət əməllərinə qədər getməyə hazır olduqlarını isbatlayırlar!

Söz yox ki, Azərbaycan azad, hüquqi və demokratik cəmiyyətə malik olan güclü dövlətdir və bu kimi addımların qarşısı zaman-zaman alınır və bundan sonra da alınacaqdır. Kibercinayətkarlıq əməllərinə yol verənlər isə aşkarlanaraq qanun qarşısında cavab verməli olacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə