"Naxçıvana nəqliyyat əlaqəsinin yaranması Ermənistanın maraqlarına tam uyğundur" - Baş nazir

“Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarət Rusiya FSB-nin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. İndi sual yaranır: bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bu nədir?” - deyə “Mənim şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan parlamentdə 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndindən sitat gətirib və baş nazirə sual edib.

Baş nazir Nikol Paşinyan isə bəyan edib ki, sualı verən deputatın təmsil olunduğu siyasi qüvvə bir məsələni dəqiqləşdirməlidir, o, mətni özü tərtib edib, ya göstərişə uyğun olaraq, başqasının şərhini özününkü kimi təqdim edir: “İlk növbədə, bu paraqrafı oxuyursunuzsa, yazılanları oxuyun, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılacaq. İkincisi, nəqliyyat kommunikasiyalarının maneəsiz fəaliyyət göstərməsinə nəzarət Rusiya FSB-nin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Cavab istəyirsiniz ki, bizim dəhlizlə bağlı müqaviləmiz var, ya yox, yoxsa bizim dəhlizlə bağlı razılaşmamız olsun? Bunu istəyirsinizsə, bu, başqa sualdır. Ermənistan bütün yolların açılmasında maraqlıdır. Bəli, biz hazır və maraqlıyıq ki, Azərbaycanın qərb rayonları Naxçıvanla dəmir yolu və avtomobil əlaqəsi yaratsın, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə, bu kontekstdə regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını, o cümlədən İran və Rusiyaya açsın”.

Baş nazirin sözlərinə görə, onların təklifi Ermənistanın maraqlarına tam cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...