Milli Məclisin deputatı Goranboyda vətəndaş qəbulu keçirib - FOTOLAR

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov karantin qaydalarına əməl edərək Goranboy rayonunda növbəti dəfə vətəndaş qəbulu keçirib. SİA-nın verdiyi məlumata görə, qəbuldan öncə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyulub.

Goranboy rayonu Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, rayon ağsaqqalları və ziyalıları iştirak edib. Hər ay mütəmadi olaraq vətəndaşları qəbul edən deputat onların təklif və şikayətlərini dinləyib. Qəbula gələn vətəndaşlar məişət problemləri ilə yanaşı örüş torpaq sahələrinin təyinatı üzrə istifadə olunmaması, su-kanalizasiya problemləri ilə bağlı müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyat orqanlara yönləndirilib.

Görüşdə iştirak edən sakinlər sonda Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə