Erməni terrorçuları Cənubi Qafqaz üçün potensial təhlükədir TƏHLİL

Mövcud faktı nəzərə çatdırmaq lazımdır ki, erməni terrorçu dəstələrinin azərbaycanlıların yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması və rayonların birləşdirilməsi kimi, məkrli siyasətləri də hələ 1948-1953-cü illərdə həyata keçirilmişdir. Bu baxımdan, qeyd etmək olar ki, yalnız sözügedən zaman kəsiyində Ermənistan ərazisində 70-ə yaxın azərbaycanlı yaşayış məskənlərinin adı dəyişdirilmişdir. Ermənilər bu siyasətləri ilə azərbaycanlıların onların əbədi və əzəli düşməni olduğunu utanıb-çəkinmədən, həyasızcasına nümayiş etdirməyə çalışmışdılar. Bir faktıda diqqətə çatdırmaq lazımdır ki, Stepan Şaumyan Bakı Sovetinin rəhbəri olarkən Böyük Britaniya tərəfindən milyon qızıl rubl məbləğində ilkin olaraq yardım almışdır. Bu yardımın əsas məqsədi ermənilərin silahlandırılması və azərbaycanlılara qarşı soyqırımı siyasətin daha geniş şəkildə həyata keçirilməsinə hesablanmışdır. 9 mart 1918-ci ildə H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. M.Tağıyev Lənkəran şəhərində ermənilərin qurduqları pusqu nəticəsində qətlə yetirilmişdir. Onun dəfn mərasimi 1918-ci ilin 27 mart gününə təyin olunmuşdur.

Leninin Stepan Şaumyana yazdığı məktub

General Talışinski Bakıya gəlməmişdən bir necə gün əvvəl Lenin Stepan Şaumyana məktubla müraciət edərək, ümumilikdə, şəhərdə sabitliyin və sakitliyin yaradılmasını ondan xahiş etmiş və mümkün qədər konfliktlərin və mübahisələrin diplomatik yolla həllinə nail olunmasını ondan istəmişdir. Məktubun sonunu isə o, belə bitirmişdir: “Bütün dostlara xoş arzular və salamlarla”. Amma sonrakı proseslərin inkişafı göstərdi ki, Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs olunur. Bu da şəhərdə yaşayan azərbaycanlılarla Bakı Soveti arasında qarşıdurmanın yaranmasına gətirib çıxarmışdır. Martın 30-dan aprelin 3-nə qədər davam edən münaqişə nəticəsində onlarla azərbaycanlı silahlı Bakı Sovetinin hərbi qüvvələri tərəfindən öldürülmüşdür. Bu da tariximizdə 1918-ci ilin mart soyqırımı günləri kimi qalmışdır. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, tarixə azərbaycanlıların mart soyqırımı kimi düşən mart qırğınlarından bir qədər sonra ermənilər hər vəchlə dünyaya car çəkərək azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirmədiklərini çatdırmağa çalışırdılar. Hətta 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harbord ermənilərin yalanlarına və uydurulmuş məlumatlarına rast gəlib. General Harbord o zamankı erməni yepiskopu Baqrad ermənilərin mart hadisələrində iştrak etmədiyini diplomatın nəzərinə çatdırmağa çalışırdı. Baqrad Bakıda baş verən qırğınlar zamanı öldürülənlərdən 1000 nəfər erməni və rus, 7000-nin isə müsəlman olduğunu iddia edib. Amma təbii ki, təcrübəli diplomat yepiskopun yalanlarına inanmamışdır.

Ermənilər az sayda olduqda məqsədlərini açıq formada ifadə etmirlər

Məlumdur ki, ermənilər az sayda olduqda məqsədlərini açıq formada ifadə etmirlər. Onlar fikirlərini və ideyalarını müəyyən qruplara dəstək verməklə həyata keçirirlər. Bu mənada, demək olar ki, bəzən müxalifət dərk etmədən belə ermənilərin proqramlarını həyata keçirir. Nəzərə almaq lazımdır ki, yalnız Bakıda 500 min erməni yaşayıb. Onlar imperiyanın 1990-cı il 20 Yanvar faciəsini törətməsindən sonra Ermənistana və digər xarici ölkələrə köç etdilər. Amma bu gün 30 min erməni hələ də Bakıda və digər Azərbaycanın ərazisində yaşamaqdadırlar. Bax, onlar Azərbaycan üçün potensial təhlükədirlər. Bu, bir faktdır ki, Azərbaycan böyük hərbi siyasi və iqtisadi uğurlara imza atıb. Əldə olunan nailiyyətlər hesabına ölkəmiz 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarını düşmən tapdağından azad etdi. Bununla yanaşı Azərbaycan iqtisadi, siyasi, hərbi gücü hesabına Ermənistanın işğalçı ölkə olduğunu dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq mümkündür. Düzdür, qlobal dünyanın bir hissəsi olan Azərbaycan zor müstəvisindən çıxış edərək, özünü dünya birliyindən təcrid edə bilməz. Amma Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və bu kimi digər qlobal layihələrdən mənfəət əldə edən dövlətlərə mədəni, bəzən isə diplomatik qaydada Ermənistana təzyiq edilməsini tələb edə bilər. Ölkə daxilində vətəndaş birliyinə və vətəndaş sülhünə nail olmaq üçün bir sıra yeniliklərin və addımların atılmasına da ehtiyac var. Düzdür, Qarabağ məsələsində iqtidar-müxalifət ilişgiləri yoxdur. Bunu biz 44 günlük Vətən müharibəsi dövründə də gördük. Bütün siyasi partiyalar ümumi düşmənə qarşı birləşdilər.

Siyasi partiyaların çoxluğu heç də plüralizmin əlaməti deyil

Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın ətrafında Ermənistan kimi yırtıcı dövlətin, eləcə də İran və Rusiya kimi bizə heç də yaxşı münasibətləri olmayan dövlətlərin olduğu bir məqamda 100-ə yaxın siyasi partiyanın fəaliyyət göstərməsi arzuedilən deyil. Həmin partiyaların özlərinin sosial bazası az olsa da, hər halda, iddialı və sifarişlər əsasında fəaliyyətlərini quran sədrləri mövcuddur. Bu problemi aradan qaldırmaq vacibdir. Qeyri-hökumət təşkilatlarının da fəaliyyətləri ciddi araşdırılmalıdır. Xaricdən maliyyələşən QHT-lərdən hesabat tələb olunmalıdır. Bir faktı qeyd etmək lazımdır ki, hər il Azərbaycanın QHT sektoruna 30-35 milyon manat pul ayrılır. Bu maliyyə vəsaitinin cəmi 2,5-3 milyonu Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitdir. Deməli, 30-32 milyon manat vəsait xarici ölkələrin fondları tərəfindən Azərbaycan QHT-lərinə ayrılır. Təbii ki, xarici fondlar Azərbaycan QHT-lərinə gözə-qaşa aşiq olaraq həmin vəsaiti ayırmırlar. Məqsədlər və maraqlar xarici donorları Azərbaycan QHT-lərinə maliyyə vəsaiti ayırmağa həvəsləndirir. Ağrılı və ciddi məsələ olan bu problemin çözülməsi üçün mütləq və mütləq xarici fondlardan maliyyələşən QHT-lərdən hesabat tələb olunmalıdır. Azərbaycanda çoxalmaqda olan dini cərəyanlar da nəzarətə götürülməlidir. Bu baş verməsə, sonra gec olar. Elektron KİV-lərdə cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə milli vətənpərvərlik ruhlu maarifləndirici müzakirələr aparılmalıdır. Xüsusilə də, regional və Ermənistanın terrorçu dövlət olması ilə bağlı tarixi, mədəni, ideoloji, psixoloji, hərbi, siyasi və ictimai müstəvidə məlumatlar toplusu müzakirələrin ana xəttini təşkil etməlidir. Ermənişünaslar müzakirələrdə aktiv iştirak etməlidirlər. Bəs nə səbəbə ermənilər psixoloji kompleksə malikdirlər? Məhz bu suala aydınlıq gətirilməlidir. Azərbaycan həqiqətləri disklər, broşüralar, kitablar şəklində demokratik düşüncəli dünya xalqlarına çatdırılmalıdır.

Avropada çox ciddi proseslər yaşanır

Bu gün dünyanın əksər ölkələrində xalq üsyanları, inqilablar baş verir, qeyri-siyasi sabitlik hökm sürür. Hətta Fransada, İtaliyada, Böyük Britaniyada, Yunanıstanda, Portuqaliyada, Rusiyada və digər stabil ölkələr kimi dəyərləndirilən ölkələrdə çox ciddi proseslər yaşanır. Azərbaycanda isə ictimai-siyasi sabitlik hökm sürür. Ölkəmizdə sabitliyin fonunda iqtisadi inkişafa nail olunur. Təbii ki, Azərbaycanda sabitliyin olması və iqtisadi cəhətdən günü-gündən güclənməsi Ermənistanla yanaşı, bəzi dövlətləri də narahat edir. Düşmənlər o zaman sevinə bilər ki, Azərbaycanda daxili sabitlik pozulsun, iqtidarla müxalifət arasında münasibətlər düşmənçilik səviyyəsinə yüksəlsin. Xalq-hakimiyyət birliyi pozulsun. Bütün bunların baş verməsi isə Azərbaycanın inkişafının qarşısı alınsın və investorlar qoyduqları investisiyanın qayğısına qalsınlar. Bu cür qara niyyətli qüvvələrin mövcudluğunu hər kəs bilir. Ona görə də cəmiyyətin bütün təbəqələri vətəndaş birliyinin və sülhünün qorunub saxlanması üçün səylərini daha da gücləndirməlidirlər. Bizlər monolit qüvvə kimi çıxış etməliyik. Siyasi partiyaların çoxluğu heç də plüralizmin əlaməti deyil. Plüralizm kəmiyyətdədir. Bizə isə plüralizm keyfiyyətdə lazımdır. Partiyaların kifayət qədər çox olması hədəfi vurmağımıza mane olur. Bəzən bir sədrindən və papkasından ibarət olan partiyalardan Azərbaycan xalqının mənafeyinin təmsilçisi obrazını yaratmaq kimi iddialı bəyanatlar səsləndirilir. Belə populist bəyanatlar cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir. Bu ağrılı problemin aradan qaldırılmasına ehtiyac var. Qeyd etdiyim kimi, dini cərəyanların da sayının kifayət qədər çox olması təhlükəli vəziyyətdən xəbər verir. Azərbaycan tolerant dövlətdir. Bu tolerantlıq digər ölkələrə nümunə ola, örnək sayıla bilər. Amma barış və sülh şəraitinin hökm sürdüyü cəmiyyətimizdə qruplar şəklində dini cərəyanların sayının onlarla hesablanması yaxşı heç nə vəd etmir.

ABŞ-da köləliyin ləğv edilməsi haqqında qanun (24-cü düzəlişlə) 1956-cı ildə qəbul edilsə də…

Azərbaycan hüquqi demokratik dövlət quruculuğu prosesində inamla irəliləyir. Qısa müddətdə bir çox demokratik uğurlara imza atıb. ABŞ müstəqilliyini 1776-cı ildə elan edib. ABŞ-ın 200 illik dövlətçilik, paralel olaraq demokratik quruculuq təcrübəsi var. Azərbaycan müstəqilliyini 1991-ci ilin oktyabrında elan etsə də, 4 il sonra Konstitusiyanı qəbul edib. ABŞ müstəqilliyini elan etdikdən 11 il sonra konstitusiyanı qəbul edib. Azərbaycan 1918-ci ildə dövlətçiliyini qurduqdan dərhal sonra qadınlara seçib-seçilmək hüququnu verdi. ABŞ isə qadınlara seçki hüququnu yalnız 1920-ci ildə konstitusiyaya 19- cu düzəlişlə verdi. Ən təhlükəlisi isə ABŞ-da köləliyin ləğv edilməsi haqqında qanun (24-cü düzəlişlə) 1956-cı ildə qəbul edilib. Nəhayət, “bütün Amerika vətəndaşları qanun qarşısında bərabərdir, heç kimin başqalarından üstünlüyü yoxdur” qanuni qərar 1964-cü ildə qəbul olunub. Yəni müstəqilliyin ləğv olunmasından 188 il sonra bütün Amerika vətəndaşları qanun qarşısında bərabər olduğu elan olunub. Deməli, bu qanunun qəbuluna qədər heç də bütün Amerika vətəndaşları qanun qarşısında bərabər deyildilər. Bu nöqteyi-nəzərdən Azərbaycan Amerika üçün nümunə ola bilən demokratik inkişaf yolu keçib. Bununla belə demək olar ki, Azərbaycanda hər şey yaxşıdır və bütün qarşıya qoyulan məsələlər yekunlaşıb. Bunu düşünmək yerində saymaq olardı. Həyat daim inkişafdadır. İllər yeni reallıqlar və vəzifələr irəli sürür. Bu nöqteyi-nəzərdən Azərbaycan demokratik yolu seçib və bu yolda islahatlar həyata keçirməkdədir. Qısası, Azərbaycan XXI əsrin geosiyasi, geoiqtisadi reallıqlarına adekvat addımlar atır. Bu gün Azərbaycanın atdığı bütün addımlar konkret konsepsiya, proqram şəklində atılır. Qarabağ problemi artıq öz həllini 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə həlli edilir. Keçmiş qaçqın və məcburi köçkünlərin öz yuvalarına qayıtmasını təmin etmək üçün Azərbaycan hər ötən günə nisbətən bir qədər də gücləndirməli, güclənməli və yenə də güclənməlidir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...