Qərəzli hərəkət edənlərə münasibətimizi bildirəcəyik - XƏBƏRDARLIQ - DEPUTAT AYDINLIQ GƏTİRDİ

"Azərbaycan tərəfi Ermənistan ilə bağlı iddialarını, Ermənistanın qeyri-qanuni hərəkətlərini Azərbaycana qarşı törətdiyi məsələləri hər bir stansiyada qaldırır". Bu sözləri SİA-ya açıqlamasında deputat Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bu stansiyada da məsələlərə də baxılır: "Avropa İnsan Haqları Məhkəməsinin içərisindəki baxılan işlərə nəzər yetirsək, görərik ki, orada Azərbaycanın, həm də Ermənistanın da iddialarına baxılır. İndi kimsə qərəzli şəkildə çıxış etmək istəyirdisə, bu nəticəsiz qalacaq. Haaqada da çalışdılar, amma nəticəsiz qaldı. Ümumilikdə isə Avropa İnsan Hüquqları Məhkəməsində həm Azərbaycanın, həm də Ermənistanın iddialarına baxılır. Əgər, kimsə qərəzli şəkildə hərəkət edəcəksə, Azərbaycan öz münasibətini bildirəcək. Ümumilikdə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan çox yüksək səviyyədə öz maraqlarını müdafiə edir və bu istiqamətdə biz işimizi davam etdirəcəyik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə