"Əcnəbi diplomatlar Qarabağdakı quruculuq işlərini əyani görürlər" - Hikmət Hacıyev

"Bu dəfə Qarabağa səfər edən diplomatik korpus nümayəndələri Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda görülən quruculuq işləri ilə yerində əyani tanış olurlar". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Əvvəllər Qarabağa səfər edən qonaqlara Ermənistan tərəfindən törədilmiş dağıntıları göstərilirdisə, indi bu, dəyişir, məqsədimiz ərazilərimizdə görülən quruculuq işlərini göstərməkdir”, - o deyib.

PA rəsmisi vurğulayıb ki, postmünaqişə dövründən quruculuq işləri görən Azərbaycan bu mənada nümunəyə çevrilib: “Azərbaycan yenidənqurma işlərini beynəlxalq təşkilatlar və donorlar hesabına yox, öz vəsaiti ilə aparan yeganə ölkədir”.

H.Hacıyevin sözlərinə görə, diplomatlar əyani şəkildə görürlər ki, işğal altında olmuş başqa ərazilər kimi, Talış kəndi də bütövlükdə viran qoyulsa da, onun bərpa olunması, məcburi köçkünlərin geri qaytması üçün ardıcıl işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...