"Nikbinliyin biz sonradan şahidi olacağıq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü bu gün Minsk şəhərində başlayacaq MDB dövlət başçılarının Zirvə görüşündən əvvəl hər iki tərəfin gələcəkdə hansı müstəvidə əməkdaşlıq etməsindən irəli gələn müddəaların həyata keçirilməsində bir növ mövqelərin müqayisəsi baxımından maraqlı idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun konkret olaraq Azərbaycanın həmin o qeyd olunan sənədlərdəki müddəaların yerinə yetirilməsi prinsipinə sadiq qalmasının açıqlaması bir mənalı şəkildə göstərir ki, Azərbaycan regionda sülh və sabitliyin və hərtərəfli əməkdaşlığın tərəfdarıdır: "Əslində, Ermənistanın da xarici işlər nazirinin verdiyi açıqlamanın ümumi ab-havası bunu göstərir ki, Ermənistan da buna hazırdır. Sözsüz ki, ilk növbədə burada sərhədlərin delimitasiyası və demakrasiyası nəzərdə tutulur və bundan sonra hər iki ölkə arasında sülh sazişinin müddəalarının işlənib hazırlanmasından danışılıb".

Politoloq sözlərinə belə davam edib: "Bəyanat tərəflərin konstruktiv dialoqa hazır olduğunu özündə ehtiva edir. Amma bu o demək deyil ki, Ermənistan tərəfi əvvəllər olduğu kimi cahillik etməyə çalışmayacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən təxribatlar nəticəsində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazidən snayperlə Azərbaycan ordusunun hərbi qulluqçusu qətlə yetirilmiş və sonradan maşın karvanı atəşə tutulub. Bu məsələlər göstərir ki, Ermənistanda hələ də revanşist qüvvələr var. Əgər bu hadisəyə Ermənistanın siyasi rəhbərliyi tərəfindən icazə verilməyibsə, bunun özü də artıq müsbət hal olar. Amma kim buna təminat verə bilər ki, bu Ermənistan rəhbərliyinin birbaşa tapşırığı ilə həyata keçirilməyib. Yaxud da ki, orada bu təxribatları törədən dəstələr onu göstərir ki, Ermənistan bütövlükdə vəziyyətə tam nəzarət edə bilmir və bu da artıq çox mənfi məqamdır. Çünki Ermənistan rəhbərliyi bu öhdəliyi öz üzərinə götürüb".

"Yenə də qeyd etmək istəyirəm ki, adətən bu görüşlər Zirvə toplantılarından əvvəl həyata keçirilir. Xarici işlər nazirlərinin görüşləri bir növ həmin Zirvə toplantısına hazırlıqdır. Bu görüşdə nazirlərin hansı nəticəyə gəldiklərini qərarlaşdırırlar. Bunların hamısını həmin zirvə görüşündə görəcəyik. Çünki onlar müəyyən gündəlik hazırlayıb öz prezindentlərinə və yaxud da baş nazirinə təqdim edirlər və bu konteksdə həmin o hazırlanmış hesabatla ölkə rəhbərləri çıxış edirlər. Düşünürəm ki, bu toplantının xarakteri bu idi. Görüşün nəticələri ilə bağlı hər iki tərəfin açıqladığı bəyanatlar nikbinliyə əsaslanır amma yenə də bu sözdə nikbinliyin biz sonradan şahidi olacağıq".

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə