Azərbaycanda bu günlərin qeyri-iş günü olması təklif edilir - DEPUTAT

Azərbaycanda 18 oktyabr, 28 may qeyri-iş günü kimi qeyd edilməlidir.

SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi haqda danışarkən deyib.

O qeyd edib ki, Müstəqilliyin Bərpası Gününün və Müstəqillik Gününün bayram kimi qeyd edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır.

Deputat vrğulayıb ki, hazırki qanunvericilik aktlarına görə, 18 oktyabr iş günü, 28 may qeyri-iş günü kimi qeyd olunur: “Bu bayramlar arasına fərq qoyulmasını düzgün hesab etmirəm. 18 oktyabr Dövlət Müstəqilliyi Gününün hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. Amma bunu bərpa etməliyik və 18 oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə