Ermənistanda COVID-19-a yoluxanların sayı KƏSKİN ŞƏKİLDƏ ARTIB

Ermənistanda 11 sentyabr tarixinə təsdiqlənmiş koronavirus infeksiyasına yoluxanların sayı 248 397-ə çatıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində 731 yeni koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Bildirilir ki, son bir gündə 16 nəfər olmaqla, ümulikdə 4 995 nəfər COVID-19-un ağırlaşmalarından ölüb.

Xatırladaq ki, bir gün əvvəl, digər xəstəliklərdən ölən koronaviruslu xəstələrin 3 ölüm hadisəsi qeydə alınıb. Belə halların ümumi sayı 1 173-dür. İnfeksiyadan 10188 nəfər müalicə olunur. Keçirilən testlərin ümumi sayı 1 607 444 olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə