"Müəyyən kəsim Jirinovskiyə qeyri-ciddi yanaşır, lakin..." - MÜSAHİBƏ

SİA Bakı xəbər qəzetinin baş redaktoru Aydın Quliyevin müsahibəsini təqdim edir.

- Son günlərin müzakirə olunan mövzularından biri də Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycan dövlətçiliyinə və rəhbərliyinə qarşı səsləndirdiyi qərəzli fikirlərdir. Bu Azərbaycan cəmiyyətində çox ciddi narahatlıq yaradıb. Mövzu ilə bağlı sizin fikirləriniz nədir?

- Jirinovski Azərbaycan ictimaiyyətində, auditoriyasında çox yaxından tanış olan birisidir. Əlbəttə, müəyyən kəsimdə Jirinovski qeyri-ciddi adam təsiri bağışlayır. Siyasətə təsadüfən gəlmiş və artıq özünü hər cür görkəmdə göstərməkdən çəkinməyən şəxs kimi qəbul edə bilərlər. Nəzərə alsaq ki, Jirinovski ta əzəldən bütün türk dünyasına qarşı hər zaman qərəzli davranıb. Hər zaman qərəzli bəyanatları ilə diqqət çəkib, Rusiya hakimiyyətində imperiyapərəst qüvvələrin maraqlarını ifadə edib. Hər zaman çox pis mənada rus şovonizm daşıyıcılarından biri olub. Ona görə də Jirinovskinin dediklərini qeyri-ciddi fiqurun dediyi kimi qiymətləndirib kənara qoymaq olmaz. Xüsusilə də indiki şəraitdə dedikləri çox maraqlıdır. Çünki dedikləri qərəzli və obyektiv həqiqətə mailk olmayan fikirlər faktiki olaraq Azərbaycan və Rusiya münasibətlərində korlanmasına xidmət edir. Çünki birdən birə Rusiya Azərbaycan münasibətlərinin yüksələn xətt ilə getdiyi vaxtda və Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada uğurlu görüş keçirdikdən sonra bütün prinsipial məsələrdə fikirlərin üst-üstə düşdüyü kimi Azərbaycan Prezidentinin bəyanatından sonra Jirinovskinin belə sözlər danışması və açıq- aşkar iki ölkənin münasibətlərinin soyutmağa yönəlmiş bəyanatı təsadüf kimi qəbul oluna bilməz. Burada yüz faiz bəllidir ki, Jirinovskini danışdırırlar. Onu danışdıranların müəyyən hissəsi Rusiyanın hakimiyyətinin öz daxilində Rusiyanin maraqlarına xidmət edən dairələrdir. Müəyyən bir hissəsi isə Ermənistanın maraqlarına xidmət edən erməni lobbisidir.

- Belə bir fikir var ki, rəsmi Kreml sərt radikal fikirlərini Jirinovski vasitəsi ilə səsləndirir. Bu nə dərəcədə düzgündür?

- Rusiya Xarici İşlər Nazirliyinin qeyr-rəsmi mətbuat katibi rolunda həmişə Jirinovski oynayıb. Çünki, rəsmi şəxslər başqa zamanlarda bəyanatlar verirlər. Bu bəyanatların müəyyən mənada təkrar olunması ilə Jirinovski məşğul olur. Bunu da deyim ki, Jirinovskinin bəyanatı müəyyən mənada hadisələrə belə bir dövrədə təsadüf edir ki, Qərb ölkələri Rusiyanı sıxmağa başlayıb. Bayden və Conson 1 ay öncə postsovet ölkələri ilə bağlı imzaladıqları xartiyada yazılıb ki, Rusiyanın postsovet ölkələrlə apardığı siyasətlə razı deyilik. Bundan dərhal sonra Putin Rusiyanın yeni milli təhlükəsizlik strategiyasını bəyan etdi. Bu isə açıq şəkildə deyilirdi ki, biz münasibətlərimizi MDB ölkələri ilə və Çinlə daha da mökəmləndirəcəyik. Yəni bunun mənası ondan ibarətdir ki, Rusiya bu ölkələrlə münasibətləri daha da dərinləşdirmək və yaxşılaşdırmaq fikrindədir. Bu mənada Jirinovski ilə bağlı deyə bilərik ki, Rusiyanın xarici işlər nazirliyinin mətbuat katibi rolunda işinə davam edir. Çünki, onun verdiyi bəyanatda Azərbaycanın apardığı müstəqil siyasətdən qıcıqlanmaq var.

- Jirinovski baxmayaraq ki, deputatdır. Rusiyanın özündə ona qarşı ciddi siyasətçi kimi qəbul edən yoxdur. Bu nə ilə bağlıdır?

- Dediyim kimi, Jirinovskinin təlxək və qeyri-ciddi davranışları şübhəsiz ki, onu belə göstərir. Amma onun dedikləri bəzən ciddi mətləblərə söykənir. Jirinovski Azərbaycan Prezidenti ilə bağlı fikirlərində açıq-aşkar təhdid var. Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlı dedikləri, ciddi məqamlardır. Bunlar yalnış və qərəzlidir. Amma siyasi nöqteyi cəhətdən ciddi ittihamlardır. Dedikləri Azərbaycana qarşı xoş niyyətin göstəricisi deyil. İkincisi isə bəllidir ki, Jirinovskini danışdırırlar. Qeyri-ciddi fiqur olsa da, dəfələrlə Rusiya Dövlət Dumasında deputat seçilib. Qeyri-ciddi adam olsa da hansısa tərəfdən Rusiyaya bəzi məqamlarda lazımdır. Azərbaycan-Rusiya münasibətləri elə bir mərhələdədir ki, Jirinovski kimi qeyri-ciddi şəxslərin dili ilə danışmağa ehtiyac yoxdur.

- 44 günlük savaş müddətində Putinin açıqlamasında belə dedi ki, savaş Azərbaycan torpaqlarında gedir. 11 yanvarda üçtərəfli görüş keçirildi. Rusiya bölgədə sülhün zəmanətçisi kimi, təqdim edildi. Rusiyadan Qarabağ siyasəti ilə bağlı dəyişiklik gözləyirdi. Bu çıxışlar Rusiyanın Qafqazla bağlı siyasətində hər hansı bir dəyişiklik gözlənilirmi?

- Qarabağ münaqişəsinin mahiyyətinə Rusiyanın münasibəti tam şəkildə dəyişməyib. Qarabağ münaqişəsi həll olundu, tezisinə Azərbaycan və Rusiyanın yanaşması müəyyən mənada üst-üstə düşür. Həm Qarabağ işğaldan azad oldu, həm də status məsələsi gündəmdə deyil. Rusiya Azərbaycanın torpaqlarının işğaldan azad olunması faktı ilə razılaşır. Jirinovski deyir ki, bütün SSRİ-nin tərkibindəki torpaqları Rusiyaya qatmaq lazımdır. Cənubi Qafqaz Rusiyanın əbədi əzəli nufuz zonasıdır. Bu o deməkdir ki, Azərbaycan Rusiyanin vassalı olmalıdır. Bu mənada, Jirinonovskinin dediyi ilə Rusiyanın pərdəarxası ikili siyasətində uyğunluq vardır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə