Milli Məclisin deputatı Asim Mollazadə VI Avropa-Rusiya Forumunda iştirak etmək üçün Polşanın paytaxtı Varşava şəhərində səfərdədir. SİA-nın məlumatına görə, forumda Avrasiyada əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, modernləşmə proqramı çərçivəsində Avropa İttifaqı-Rusiya ortaq məkanının yaradılması, həmçinin siyasi, iqtisadi, enerji təhlükəsizliyi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.
Millət vəkili tədbirdə müzakirə olunacaq məsələlərə öz münasibətini açıqlayacaq.
Səfər iyunun 3-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB