Millət vəkili VI Avropa İttifaqı-Rusiya Forumunda iştirak edəcək

1 İyun 2011 09:40 (UTC+04:00)

Milli Məclisin deputatı Asim Mollazadə VI Avropa-Rusiya Forumunda iştirak etmək üçün Polşanın paytaxtı Varşava şəhərində səfərdədir. SİA-nın məlumatına görə, forumda Avrasiyada əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, modernləşmə proqramı çərçivəsində Avropa İttifaqı-Rusiya ortaq məkanının yaradılması, həmçinin siyasi, iqtisadi, enerji təhlükəsizliyi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

Millət vəkili tədbirdə müzakirə olunacaq məsələlərə öz münasibətini açıqlayacaq.

Səfər iyunun 3-də başa çatacaq.