Səsvermə başlayandan bəri seçki pozuntuları barədə POLİSƏ 21 MƏLUMAT DAXİL OLUB

İyirmidən çox mesaj polis qaynar xəttinə göndərilib və Ermənistanda müxtəlif seçki pozuntuları barədə bildirilib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə polisin əməliyyat qərargahının rəhbəri Armen Mkrtçyan MSK-da keçirdiyi brifinqdə deyib.

Onun sölərinə görə, səsvermə başlayandan bəri, Ermənistan polisinə seçki pozuntuları barədə 21 məlumat daxil olub ki, onlardan yeddisində cinayət tərkibi var. Qərargah rəhbəri qeyd edib ki, açıq-aşkar cinayət hadisələri Yerevanda və daha altı bölgədə qeydə alınıb. O, xüsusilə dəfələrlə səsvermə, səsvermə sirrinin pozulması, əmlaka zərər, bədən xəsarəti ilə bağlı dörd hadisə barədə deyib və bu barədə danışıb.

Seçkiyə görə rüşvət paylanması, seçki məntəqələrində insanların toplanması, texniki problemlər barədə araşdırmalar artıq başlayıb.

Xatırladaq ki, 20 iyun tarixində Ermənistanda 21 partiya və 4 blokun mübarizə apardığı erkən parlament seçkiləri keçirilir. 2008 məntəqədən 479-u İrəvanda, 1529-u bölgələrdədir. 2 milyon 578 min vətəndaşın seçkilərdə iştirak etmək hüququ var ki, bunlardan 855 mindən çoxu paytaxtdadır. Diqqətə çatdıraq ki, artıq Ermənistanda seçki ilə bağlı qanun pozuntusu halları qeydə alınıb və bu hallar durmadan artmaqdadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə