Belə ki, demaqogiya sözü demaqoq ilə qarışdırıla bilər. Çünki günümüzdəki danışıq dilində demaqoq sözü nisbətən ayrı məna kəsb edir. Deməli insanların əksər hissəsi deyingən, tələbkar, xəbərçi adamlara bu sözü aid edir. Siyasətçilər və siyasi savadı olanlar isə haqlı olaraq manipulativ (qısaca siyasi hiyləbaz), avanturist (siyasi macərapərəst) və populist (özünü xalqın adamı kimi göstərən və ya həqiqətən elə olan) adamlara demaqoq deyir. Elə burada da bu söz barəsində dilemma yaradan məqam gözə çarpır. Belə ki, siyasətçilərin populist adlandırdığı adamlar sadə camaat tərəfindən deyingən və tələbkar kimi anlaşıla bilər.

İndi isə bu mətndə yalnızca demaqogiya sözündən istifadə edəcəyəm. Çünki göstərdiyim dilemma kifayət qədər qütbləşdiyi üçün insanlar tərəfindən daha az bilinən demaqogiya sözü mənə daha məqsədəuyğun gəlir. Yunanca (demagogue, demos-xalq, agasos- xalqın tərəfindən çıxış edən) deməkdir.
Amma məlum olduğu kimi günümüzdə demaqogiya edən siyasətçilərə baxış həmişə müsbət deyil. Çünki onlar xalqın avam hissəsini özünə inandırır, onlara vədlər verir səslərini topladıqdan sonra isə bəhanələr və böhtanlarla aradan çıxırlar. Onlar insanlara sadə dillə müraciət edirlər, iqtisadi məsələləri vurğulayırlar, böyük xoşbəxtliklər vəd edirlər. Bu barədə daha ətraflı yazım var deyə artıq siyasi praktikada demaqogiyanı göstərə bilərəm.

Vladimir Zelenskinin mətbuata çıxışlarında Kolomoyskyi barədə dedikləri “Mətbuat tamamilə oliqarxların əlindədir, o mənim müdirim deyil, 40 milyon onlara xidmət edir“ kimi avantüra dolu ifadələr hər şeyi ifadə edir. Onun olduğu partiyanın adı belə xalqın xidmətçisidir. Demaqogiya sözü də eyni ilə bu cür tərcümə oluna bilər. Amma mən hər halda onu savadlı siyasətçi adlandıra bilərdim təki millət vəkillərinə, ölkə liderlərinə və məhkəmə orqanlarına olan toxunulmazlığı ləğv etmək barədə planları ortaya atmayana kimi. Onun ikinci Qarabağ müharibəsini nümunə götürərək Rusiya ilə məsələni bitirəcəyi mükəmməl səslənə bilər. Amma onu da qeyd edək ki, o münaqişənin danışıqlarla həll etməyə vəd vermişdi. Puaların isə Rusiyanın sevimli müstəmləkəsi olan Krımına yetəcəyi iddiası absurddur. Bu dərəcə absurt fikri elə komedia adamından gözləmək olar. Digər tərəfdən isə onun bu haqlı mübarizəsi anlaşılandır. Elə buna görə də o, kifayət qədər dəstəkçi yığa bilir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə