“Moskva Müqaviləsi imzalananda erməni dövləti yox idi” - ANALİZ

“Ermənistan Respublikası ümidsizlik və bölünmə içində xilas olmağı gözləyirdi. Bunun haradan gələcəyini- yalnız təxmin etmək olar ”(Anton Denikin).

III YAZI

əvvəli burada

https://sia.az/az/news/politics/868267.html

İrəvandakı dəyirmi masada bu cür tarixi həqiqətlərə məhəl qoymamağın başqa bir tipik nümunəsi. Ermənistan Respublikası Milli Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Qayane Mahmuryan, Moskva müqaviləsinə gedən yolun Aleksandropoldan keçməsi və ermənilərin uduzduğu müharibə ilə bağlı həqiqətə meydan oxumağa qərar verdi. Mahmuryan, "Moskva müqaviləsi Aleksandropol müqaviləsinə əsaslana bilməz- ikincisi təsdiq edilmədiyi üçün" iddiası irəli sürüb. Bu, erməni mütəxəssislər tərəfindən tanınan və tez-tez təkrarlanan bir mübahisədir, öz də yalnız mütəxəssislər tərəfindən deyil. Bəs Aleksandropol müqaviləsi təsdiqlənməsə nə olardı? Axı türk qoşunları bu müqavilənin 2-ci maddəsi ilə müəyyən edilmiş sərhədlər daxilində qalmağa davam etdi. 1921-ci il Moskva Müqaviləsi yalnız türklərin 1878-ci ildə itirilmiş ərazilərinin yenidən əldə edilməsini təsdiqlədi.

Və Mahmuryanın diqqət yetirmək istəmədiyi növbəti vacib məqam. Aleksandropol Sülh Müqaviləsini təsdiqləyən heç kim olmadığı üçün sadə bir səbəblə təsdiq edilmədi. Bu razılaşmanın bir tərəfi- Ermənistan Respublikası bütün orqanları ilə birlikdə “yoxa çıxdı”. Burada hüquqi məntiq aydın görünür. 1920-ci ilin dekabrına qədər, yəni Sovetləşmə dövründə, Ermənistan Respublikası RSFSR və Türkiyə ilə müharibə vəziyyətində idi.

28 Oktyabr 1920-ci ildə Ermənistan Respublikası ilə RSFSR arasında İrəvanda sülh müqaviləsi layihəsi razılaşdırıldı, lakin heç vaxt imzalanmadı. RSFSR ilə Ermənistan Respublikası arasındakı müharibə vəziyyəti, hazırlanmış sülh müqaviləsinin tərəflərindən birinin- Ermənistan Respublikasının ləğvi səbəbindən avtomatik olaraq yox oldu. Eynən, Aleksandropol Sülhü də belə oldu, ancaq Ermənistan Respublikası ilə Türkiyə arasında başqa bir sülh müqaviləsi bağlanmadı. Aralarındakı müharibə vəziyyəti, heç bir şərt və sülh müqaviləsi olmadan tarixdə "itdi". Yenə də bu, hərbi münaqişə tərəflərindən birinin - Ermənistan Respublikasının ləğvi səbəbindən baş verdi.

Qayane Mahmuryan iddia edir: “Moskva Müqaviləsi, şübhəsiz ki, diplomatik sənəddir və bu da şübhəsiz beynəlxalq hüquq normalarını pozur. Türk ordusu tərəfindən işğal edilsə də, heç kimin Ermənistan Respublikasına məxsus əraziyə sərəncam vermək hüququ yox idi".

Lakin beynəlxalq hüquqa görə, bu “dövlət”in- Ermənistan Respublikasının ləğvi səbəbi ilə onların buna haqqı var idi.

Ermənistan Respublikası 1920-1921-ci illərdə Antantaya əsaslanan "qərb vektoru" seçimi səbəbiylə uduzdu. Məsələn, 1920-ci ilin fevralında Moskvadakı danışıqlarda Sovet nümayəndə heyətinin Türk nümayəndə heyətini qəbul edərkən türklər niyə erməni nümayəndə heyətinin iştirakına etiraz etdi? Məsələ burasındadır ki, 1920-ci ilin avqust ayında bağlanan Sevr müqaviləsi Türkiyənin "Ermənistan Respublikası"nı (əlbəttə ki, "Qərbi Ermənistan" da daxil olmaqla) tanımasını tələb edirdi. Türklərin diktə etdiyi Aleksandropol müqaviləsinin 10-cu maddəsində Ermənistan Respublikasından "Sevr müqaviləsinin tanınmaması və ləğv edilməsini" tələb edildi. Bu, Ermənistan Respublikasının Türkiyə tərəfindən tanınması şərtlərindən biri idi. Sovet Rusiyasının Aleksandropol müqaviləsini etibarsız elan etməsi, Türkiyənin Ermənistanı tanıması şərtini- Sevrin ləğvini geri qaytardı. Bunsuz türklər erməni nümayəndə heyətini Moskvadakı danışıqlara qəbul etməyə razı olmadılar. 1-ci maddədə Moskva Müqaviləsi “Sevr”i rədd etdi:

"RSFSR Hökuməti, Türkiyə ilə əlaqəli və Türkiyə Milli Hökuməti tərəfindən tanınmayan, indi Böyük Millət Məclisində qəbul edilməyən beynəlxalq aktları tanımamağa razıdır".

Budur- “tarixçi” Mahmuryanın dəyirmi masadakı şərhindəki uşaq düşüncəsinin başqa bir nümunəsi. RKP (b) Mərkəzi Komitəsinin 5 iyun 1921-ci il tarixli Qafqaz Bürosunun Qarabağın Azərbaycana verilməsi barədə qərarının qanunsuz olduğunu iddia etdi, hansı ki, RSFSR-nin partiya orqanının qərarı ilə Azərbaycanın tərkibində Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı.

“... Nə Rusiya, nə Azərbaycan, nə də Ermənistan Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanları Qarabağla bağlı heç bir qərar vermədi”- Mahmuryan deyib.

Birincisi, biz artıq Sovet respublikalarının suverenliyinin şərtli bir şey olduğuna işarə etdik. Xüsusilə, Sovet Ermənistanının Xarici İşlər üzrə Xalq Komissarı Aleksandr Bekzadyan, 1921-ci ilin aprelində Moskva Müqaviləsi bağlandıqdan sonra, Xalq Komissarı Çiçerinə verdiyi bəyanatında “yeni qurulan Sovet respublikasını suverenliyi son dərəcə genişləndirilə bilən, son dərəcə şərtli bir anlayışdır"...

İkincisi, "tarixçi" Mahmuryanın izah edilməlidir: RKP (b) yalnız RSFSR-nin bir partiyası deyil, eyni zamanda bütün Sovet respublikalarında - konkret olaraq bütün Zaqafqaziyada vahid bir hakim partiya idi - Ermənistan SSR-də, Azərbaycan SSR-də və Gürcüstan SSR-də. Ancaq bu, ümumiyyətlə, dar bir partiya rəhbərliyi dairəsində mühüm bir siyasi qərar verildikdə və sonra dövlət orqanlarının qərarları ilə rəsmiləşdirildiyi zaman ortaq bir dünya təcrübəsidir. "Qarabağ" da belə idi. Tarixçi Mahmuryanın 1921-ci il Moskva müqaviləsi ilə bağlı yalan uydurmalarının və fantaziyalarının tam dəsti Noyan Tapan TV proqramında eşidilə bilər. Mahmuryanın meyli və Rusiyaya qarşı düşmənçiliyi başa düşüləndir. Uzun müddətdir "1-ci Respublika" tarixi dövrünün İngiltərə-Amerika istiqamətində çalışır.

Erməni KİV-lərində, barədə nəşrlərdə, keçirilmiş dəyirmi masa "Ermənistan və Rusiya mütəxəssislərinin Moskva Müqaviləsinin qiymətləndirməsindəki mövqelərin ümumiyyətlə bir-birindən uzaqlaşdığı" iddia edildi. Erməni qiymətləndirməsinin digər oxşar variantı:

"Erməni və rus mütəxəssislərin Moskva müqaviləsinə yanaşmalar bir çox cəhətdən yenə də maraqlarına əsaslanaraq fərqlənir".

Rusiya Qafqaz Araşdırmaları Elmi Cəmiyyətinin sədri Aleksander Krılov dəyirmi masada "ermənilərin tarixi şikayətləri mövzusu emosional olaraq rəngləndi" və "Rusiyanın tarixi günahı ilə bağlı bir nəticə çıxarıldı" mənasında diplomatik olaraq danışdı.

Ancaq məlum olduğu kimi, bu, hər iki tərəfdə baş verənlərə nisbətən mülayim bir qiymətləndirmədir. Əslində, Yerevanda keçirilən dəyirmi masada erməni və rus tarixçiləri arasında 1921-ci il Moskva müqaviləsi ilə bağlı “uyğunsuzluqlar” belə bir xarakter aldı və rus tarixçilərinin erməni “həmkarları”nın mövqeyinə dair tənqidləri o qədər ardıcıl və güzəştsiz idi ki, Dəyirmi masanın erməni təşkilatçısı “Xalçanın altındakı zibilləri süpürmək” məcburiyyətində qalmışdı - iclası dayandırmaq və təcili fasilə vermək üçün erməni mətbuatı təmsilçilərini salondan çıxartmaq məcburiyyətində qaldı.

Tədbirdən sonra dəyirmi masanın rusiyalı iştirakçısı, MDBMİ-nin aparıcı tədqiqatçısı Sergey Markedonov faktdan sonra erməni və rus tarixçilərinin mövqelərinin yaxınlaşması üçün bir düstur tapdı:

"Bu spesifik şərtlərdə Sovetləşmə, erməni-türk qarşıdurmasının davam etməsi ilə müqayisədə daha az pis bir şey idi".

Tarix elmləri doktoru Qayane Mahmuryan onunla tam razılaşdı:

"1920-ci ildə Ermənistanın üzləşdiyi ən çətin vəziyyətə gəldikdə, o zaman, fikrimcə, bolşevik Rusiyası ilə kamalistlər arasında seçim etmək lazım gəlsəydi, o zaman bolşeviklər daha yaxşı olardı".

Erməni tarixçiləri 1921-ci il Moskva Müqaviləsinin mənasını şərh edərkən bir növ hiylənin şahidi oluruq. Burada nüanslar vacibdir. Markedonov sanki günahı Rusiyadan bolşeviklərin üzərinə atır. Və Mahmuryan diqqətini bolşeviklərə yox, bolşevik Rusiyasına yönəldir. Bu məntiqdə Rusiya hələ də Ermənistan üçün "az zalım" rolunu oynayır. Rusiya haqqında “daha ​​az zalım” mesajı Ermənistanda hazırda formalaşdırılan tarixi yaddaş üçün xarakterikdir. Beləliklə, məsələn, oxşar tarixi bir məntiqdə, erməni vilayətini yaradan Çar Rusiyası da “daha ​​az zalım”dir.

Erməni tarixçilərinin yazılarında çar Rusiyasının tənqidləri çoxdan "avtokratiya" adı altında zəif maskalanmış bir rusofobiya xarakteri daşıyırdı. Sovet Rusiyası və Sovet İttifaqı Ermənistan üçün yenə də "daha az zalım"dir. Eynilə, erməni tarixçiləri “min illik dostluq”dan danışarkən müasir Rusiya Federasiyasına baxmağı təklif edirlər. Məsələn, dəyirmi masada Ermənistan Milli Arxivinin keçmiş rəhbəri, tarix elmləri doktoru, prof. Amatuni Virabyan, Rusiya Federasiyasının Zaqafqaziyada mövcud siyasətinə dair sözün əsl mənasında aşağıdakıları bildirdi:

"Rusiyalı siyasətçilər və diplomatlar üçün bir şey söyləmək, başqa bir şey etmək, üçüncüsünü düşünmək adətdir: bu, təbiidir".

Bu arada, Ermənistan ətrafındakı mövcud vəziyyətdə bu cür əsas tarixi yanaşmalar erməni tarixçiləri tərəfindən kökündən dəyişdirilməlidir. Tarixi yaddaşın çoxvektorlu qurbanlıq əsasında qurulması siyasəti açıq şəkildə erməni millətinə fayda gətirmir.

* * *

(1) Xüsusi olaraq. Budur prof. Ovanesyanın daha bir uyğunsuzluğu. Moskva Müqaviləsinin 2-ci maddəsinə əsasən, Türkiyəyə göndərilən və oradan Batumi yolu ilə ixrac olunan malların pulsuz, rüsumsuz tranziti, yəni heç bir rüsum və vergi alınmadan Batumi limanından istifadə etmək hüququ verildi. Prof. Ovanesyan bu cür imtiyazların beynəlxalq hüquq normalarına zidd olduğunu müdafiə edir. Ancaq burada suveren bir dövlətin sərbəst limana qədər güzəştli ticarət rejimləri qurmasına beynəlxalq hüququn hansı normalarının mane olduğu aydın deyil. Məsələn, Çinlə qeyri-bərabər müqavilələr beynəlxalq hüquq normalarına zidd idi? Beynəlxalq hüquq ticarət və digər güzəştləri qadağan edir? Bu cür uyğunsuzluqlar prof. Ovanesyanın peşəkar səviyyəsinin aşağı olduğuna dəlildir.

(2) Müasir erməni tarixçiləri arasında rusofobiya, "Rus avtokratiyası"na və Rus Çarına tüpürmək tarixi qapaqlar altında gizlənir. Bu baxımdan, “Şərqi Ermənistan”da “erməni vilayətini” yaradan rus çarlarına və ya rus generallarına bir dənə də olsun abidə olmaması aydındır. I Nikolayın abidəsi haradadır, II Aleksandrın abidəsi haradadır? Nə üçün Ermənistanda Qarabağ xanlığını fəth edən general Yermolovun abidəsi yoxdur, əgər Qarabağa sahib olmaq ermənilər üçün bu qədər vacibdirsə? Niyə hələ Yerevanda Qraf Erivanskinin abidəsi yoxdur? Ancaq digər tərəfdən ... bu yaxınlarda Ermənistanın paytaxtında Taras Şevçenkoya abidə ucaldıldı, bu, çox simvolikdir.

SON

Müəllif - Dmitri Semuşin

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...